QOLFSTRİM NİYƏ YOXA ÇIXIR?
Okeanoloqlar deyirlər ki, qlobal istiləşməyə görə buzlaqlar əriyir, çaylar isə okeana daha çox şirin su gətirir. Odur ki, suyun qarışması prosesi daha ləng gedir və Qolfstrimin mövcudluğunu təmin edən istilik mübadiləsi prosesi pozulur. “Normal şəraitdə” Qolfstrim Qərbi Avropa sahillərinə tropiklərdən isti su gətirir. Şimalda su soyuyur və sıxılır ki, bu da onu daim dövr etmək məcburiyyətində qoyur. Duzun miqdarı az olduqda (bu isə, dəniz suyunun şirin su ilə qarışığı üçün səciyyəvidir), suyun sıxlığı başqa cür dəyişir və cərəyan dayana bilər.
Növbəti ekspedisiya zamanı məlum olmuşdur ki, Qolfstrim 1992-ci ildəkinə nisbətən indi bir saniyədə 6 milyon ton az su daşıyır. Alimlərin fikrincə, dəyişiklikləri fasiləsiz izləmək üçün okeanda geniş sahədə xüsusi cihazlar qoymaq lazımdır.
Universal klimatoloji modellər olmadığından, alimlər qlobal istiləşmənin nəticələrini riyazi dəqiqliklə öncədən söyləməyə hazır deyillər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]