SİYASƏT
QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLMİŞDİR
Bakı, 11 fevral (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 11-də qoşunların Azərbaycanın Ağdam rayonunun Sarıcalı kəndinin şimal-qərbindəki təmas xəttində monitorinq keçirilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov aparmışlar.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi ilə təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və İrji Aberle yerinə yetirmişlər.