Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qrafik cizgilərin romantikası

Bakı, 7 sentyabr, AZƏRTAC

Qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan qrafika sənətinin müasir davamçıları arasında respublikanın Əməkdar Rəssamı, professor Rəsul Hüseynovun xüsusi yeri vardır, desək, yanılmarıq. Bunu şərtləndirən başlıca səbəb onun bizi əhatə edən gerçəkliyə özünəməxsus baxışının olması, gördüklərinə yaddaqalan bədii-romantik görkəm verə bilməsidir.

Tanışlıq üçün deyək ki, qədim Nizami yurdu qədim Gəncədə dünyaya göz açan Rəsul Hüseynov ixtisas təhsilini əvvəlcə Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə, sonra isə Sankt-Peterburqdakı İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda almışdır. 1976-cı ildən müstəqil yaradıcılığa başlayan rəssam müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirdiyi əsərləri ilə özünəməxsus dəst-xəttə malik qrafika ustası olduğunu təsdiqləmişdir. Hazırda yaradıcılıqla yanaşı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasına rəhbərlik edən sənətkar gənc kadrların yetişdirilməsi ilə məşğuldur...

Rəsul Hüseynov qrafikanın müxtəlif janrlarında əsərlər yaratsa da, gördüklərinin və düşündüklərinin bədii görüntüyə çevrilməsində çox fərqli rəng-cizgi özünəməxsusluğu nümayiş etdirməkdədir. Bu bənzərsizliyi həm sulu boya ilə ərsəyə gətirdiyi lövhələrdə, həm də karandaşla çəkdiyi rəsmlərdə əyaniləşdirən rəssam, bu fərqli ifadə vasitələrinin tamaşaçını bütün mənalarda duyğulandıra biləcək bədii tutum almasına nail olduğundandır ki, belə əsərlər milli qrafika irsimizə layiqli töhfə kimi qəbul olunurlar.

Əgər rəssamın onun çoxdan “tanınma nişanı”na çevrilən dəst-xətt özünəməxsusluğunun tarixçəsini izləməli olsaq, onda ilk növbədə onun tələbəliyinin nəticəsi olan diplom işini xatırlamalıyıq. “Balıqçılar” adlı qrafik silsiləni ofort texnikasında yerinə yetirən Rəsul Hüseynov, balıqçı həyatının bir-birindən fərqli altı motivinə bədii tutum verməklə, həm də bu peşənin təzadlarla dolu səhnələrini bütünlükdə romantik ovqat almasına nail olmuşdur. Lal sahilin sakitliyində torların qurudulmasından başlanan, balıq ovundan və daşınıb-emal edilməsindən keçən anlar yaddaqalan cizgilərlə ifadə olunduğundan, bu altı lövhədə məkanı səciyyələndirən dramatikliklə yanaşı, həm də ağır balıqçı peşəsini şərəflə yerinə yetirən əməkçilərin obrazlarının bələndiyi ekspressiyanı cəlbedici bir tutumda ifadə etməklə, süjetlərin duyğulandırıcılığına nail olunmuşdur. Qrafikanın çətin sayılan ofort texnikasında icra olunan bu lövhələrdə rəssamın nümayiş etdirdiyi yüksək rəsmetmə mədəniyyəti zamanında həmkarları tərəfindən də maraqla qarşılanmışdı. Sonradan Rəsul Hüseynovun həm də karandaşla yaratdığı lövhələrdə cizgilərin ahənginin yaratdığı şaşırdıcı “cizgi oyunu” valehedici idi, desək, yanılmarıq...

Rəngkarlıqla məşğul olanların rəsmetmə çatışmazlıqlarını boya intensivliyi ilə ört-basdır edə bilmələrinin qarşılığında, bunu qrafikada həyata keçirməyin mümkünsüzlüyü birmənalıdır. Bu mənada Rəsul Hüseynovun yaradıcılıq axtarışlarının leytmotivinə çevrilən rəsmetmə improvizələrinə davamlı olaraq sadiq qalmasını onun yaradıcı qüdrətinə inamının ifadəsi də saymaq olar. Çox vaxt rəng əlvanlığını cizgi çalarlarının zənginliyi ilə əvəzləyən rəssam, ağla qaranın uyarlığından başlayaraq təzadına kimi davam edən “mübarizə”sində bu “rəngsizliyin” tamaşaçısını duyğulandıra biləcək elə bir bədii-texniki ifadələri sərgiləyir ki, onlara sadəcə heyran qalmamaq çətindir. Rəsul Hüseynovun həm də “tanınma nişanı”na çevrilən romantik ruhlu bu “cizgi möcüzələri”ndə görüntünün hifz etdiyi çoxqatlı məna-məzmunu da, onun aşıladığı hiss-duyğuları da müşahidə etmək mümkündür. Onun portret janrında işlədiyi “Qoca” kişi portreti” və “Nifrət” əsərləri bunu təsdiqləyən lövhələrdir. “Qoca”nın ənənəvi görkəmini itirmiş əzalarının daşıdığı ağrıları onun alnının dərdə bələnmiş qırışları, qıyılmış gözü və kip sıxılmış dodaqları gözəl əks etdirir. “Nifrət” əsərində insan yaşantılarına tutulan “bədii güzgü”də görünənlər qapanmış gözlər, bir də ağrıların dərəcəsini əyaniləşdirən əllərin çox ifadəli görkəmidir. Doğrudan da sifətin tam yarısını örtən bir əlin barmaqlarının bərk-bərk sıxılmasında və gərginliyini “donuq”luğunda əyaniləşdirən digər barmaqların ifadəli siluetində fərdin iç dünyasından qaynaqlanan ağrılarını duymaq çətin deyildir. Kompozisiyanın ən diqqət çəkən məqamı rəssamın iki əli və sifəti bəyaz-işıqlı yerlikdə-fonda təqdim etməsi və bununla da cizgilərin ekspressivliyinin əldə olunmasını şərtləndirməsidir, desək, yanılmarıq. “Kişi portreti”ndə iri planda təqdim olunmuş dünyagörmüş qocanın naməlum bir guşəyə tuşladığı baxışlarında və yaşanan məqamın psixoloji gərginliyini qabardan cizgi ritmində və oynaqlığında onun tipikliyə yüksəlmiş obraz kimi qəbulunu şərtləndirən bədii məziyyətlər kifayət qədərdir. Rəssamın yığcam cizgi “oyunu” ilə xarakteri və yaşantını təsirli bədii qaynağa çevirə bilməsi sözün əsl mənasında şaşırdıcıdır, desək, həqiqəti söyləmiş olarıq. Bu mənada onun cizgilərlə gerçəkləşmiş portretlərini Azərbaycan rəssamlığında yalnız qrafikası rəngkarlığından heç də geri qalmayan məşhur fırça ustası Tahir Salahovun əsərləri ilə müqayisə etmək olar...

Bu portretlərdə hamının yaxşı tanıdığı adamlara münasibətini sərgiləməkdən uzaq olduğunu bir daha təsdiqləyən Rəsul Hüseynov, elə digər janrlarda yaratdığı əsərlərində də adilikdə qeyri-adilik axtarmağa meylli olduğunu nümayiş etdirmişdir. Bu mənada onun bir çox motivlərə, o cümlədən də atçılıq idmanına və tikanlara həsr etdiyi çoxsaylı əsərlərin bədii məziyyətlərindən söz açmaq olar. Belə ki, bütün mənalarda qızılgüldən fərqli olan, hamıya adi, bir çox hallarda isə gözəl görünməyən bu tikanlı varlığın kötüyündən gülünə qədər davam edən forma və faktura dəyişikliyində özünəməxsus estetik qaynaq üzə çıxaran rəssam, onun həm gül açmış təravətli tutumunda, həm də qurumağa doğru gedən görkəmində cəlbedici məqamlar üzə çıxara bilmişdir. Atçılıq idmanı ilə bağlı lövhələrində də onun dərin müşahidə qabiliyyətinə malik olduğunu görmək mümkündür. Qrafika ustasının yığcam qrafik vasitələri ustalıqla bu əsərlərin dinamikliyinin əldə olunmasına, yarış əhval-ruhiyyəsinin ifadəsinə yönəltməsi hər bir süjetdə duyulandır.

Onun digər mövzularda çəkdiyi əsərlərdə də görünənlərə fərqli bədii münasibət göstərmək ənənəsini müşahidə edirik. “Qoca nalbənd”, “Arabaçı”, “Bazar günü”, “Xoruz döyüşü” və s. əsərləri vurğuladığımız məziyyətlərlə zəngindir.

Rəsul Hüseynovun müxtəlif illərdə ərsəyə gətirdiyi “Qarşıdurma”, “Şəhidlər”, “Quzğunlar”, “Keşikdə”, “Hünərlilərin aqibəti”, “Qara Yanvar” və s. lövhələri isə bizə onun sənətkar kimi öz dövrünə ayna tutmaq istəyini, gerçəkliyə yaradıcı-vətəndaş mövqeyi sərgiləmək niyyətini əyaniləşdirib. Bu əsərlərdə rəssamın rənglərə, xüsusilə də cizgilərə düşündürücü ekspressivlik bəxş edə bilməsinin nəticəsidir ki, gerçəkliyə tutulan “bədii güzgü” rəssamın həm də zamanla apardığı bədii-fəlsəfi, düşündürücü dialoq kimi qəbul olunur...

Rəsul Hüseynovun zaman-zaman müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirdiyi qrafik əsərlərə bir qayda olaraq həmişə təqdiredici münasibət olmuşdur. Bu mənada onun Beynəlxalq Qızıl Xaç Komitəsinin (1996), Milli Olimpiya Komitəsinin (2000) keçirdiyi müsabiqələrdə birinci mükafat qazanmasını, Beynəlxalq Olimpiya Komitəsinin təşkil etdiyi sənət yarışmasında (2004) və Beynəlxalq eklibris sərgisində (2003) ikinci, Azərbaycan Rəssamlar İttifaqının təşkil etdiyi “Faciələr” adlı müsabiqədə (2004) isə üçüncü mükafata layiq görülməsini qeyd etmək olar. Müxtəlif mövzulu əsərlərinin hazırda dünyanın bir çox nüfuzlu muzeylərini və şəxsi kolleksiyalarını bəzəməsi də onun yüksək sənətkarlığının respublika çərçivəsini çoxdan aşmasının göstəricisidir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə