REGİONLAR
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubatorun idarə edilməsi üzrə treninq keçirilib
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqının biznes inkubatorlar üzrə eksperti David Konvey tərəfindən keçirilmiş treninqdə iştirakçılara biznes inkubatorun idarə edilməsi və bu sahədə beynəlxalq təcrübə, biznes inkubatorun təşkilati idarəetmə strukturunun və idarəetmə orqanlarının yaradılması, biznes inkubatorun fəaliyyətinin təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.
Treninqdə biznes inkubator iştirakçıları ilə fərdi görüşlər keçirilib, biznesin təşkili və idarə edilməsi ilə bağlı konsaltinq xidmətləri göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər də paylanıb.
Treninq martın 6-dək davam edəcək.