REGİONLAR
Qubada Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü qeyd olunub
Quba, 28 mart, Elxan Yusifli, AZƏRTAC
Qubada Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü münasibətilə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılam abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.