Qubada ilk qar VİDEO
Quba, 3 oktyabr, AZƏRTAC
Havanın kəskin dəyişməsi nəticəsində oktyabrın 3-ü gecə saatlarından başlayaraq şimal bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb.
AZƏRTAC xəbər verir ki, Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü 10 santimetrə çatır. Yerli sakinlərin sözlərinə görə, kənddə qar yağması hazırda da davam edir.
Bu, cari payız-qış mövsümündə bölgəyə yağan ilk qardır.
Müxbir - Elxan Yusifli