CƏMİYYƏT
Qubada “Qızların təhsil almasının önəmi” mövzusunda tədbir keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Qubanın Xucbala kəndində “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir?” adlı seminar keçirilib.
AZƏRTAC komitənin saytına istinadla xəbər verir ki, seminarda qızların təhsilli olmasının vacibliyi vurğulanaraq Azərbaycan dövlətinin gender bərabərliyinin qorunmasında, qızların yüksək təhsil alaraq müxtəlif vəzifələrdə çalışmasında xüsusi plan və proqramlarının mahiyyəti diqqətə çatdırılıb.