Qubadlı rayonunun Kavdadıq kəndi
Bakı, 14 sentyabr, AZƏRTAC
Qubadlı rayonunun Kavdadıq kəndi Yazı düzündə - Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə ağır zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 30-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Kavdadıq kəndinin görüntülərini təqdim edir.