CƏMİYYƏT
Quldurluq edən şəxsin borclu kimi axtarışda olması da müəyyənləşib
Bakı, 11 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini S.Cəfərov dekabrın 3-də tanımadığı şəxsin onu silaha oxşar əşya ilə hədələyərək “Hyundai” markalı avtomobilini aldığını bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Avtomobili quldurluq yolu ilə alan şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən edilib.
Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Əsgərov idarə etdiyi “BMW” markalı avtomobillə birgə Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və 6-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Araşdırmalarla onun borclu şəxs qismində axtarışda olması da müəyyənləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.