Quldurluq üstündə yaxalanmışlar
Bakı, 28 iyul (AZƏRTAC). Xəbər verildiyi kimi, iyulun 26-da Nərimanov rayonunun F.X.Xoyski prospektində iki naməlum şəxs Bakı şəhər sakini Seyran Məmmədovaya qarşı zor tətbiq etmişdir.
Quldurlar S.Məmmədovanın içərisində 40 manat pul və mobil telefon olan çantasını alıb qaçmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisəni törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Zaur Zülfüqarov Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinin əməkdaşları tərəfindən iyulun 27-də yaxalanmışdır.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinin əməkdaşları isə vətəndaş Cahid Şahbazovu qarət etmiş Cabir Həsənovu saxlamışdır.
İyulun 25-də Sevinc İsayevaya zor tətbiq edərək qızıl boyunbağısını aparmış dəstənin üzvləri də yaxalanmışdır.
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinin əməkdaşları quldurluqda şübhəli bilinən paytaxt sakinləri Tural Abbasov və Polad Məhərrəmovu iyulun 27-də saxlamışlar.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]