İQTİSADİYYAT
Qurbanlıq heyvanları haradan almaq olar?
Bakı, 7 oktyabr (AZƏRTAC). Məlumat verildiyi kimi, Qurban bayramı günlərində süni qiymət artımının qarşısının alınması məqsədi ilə Bakı və Bakıətrafı qəsəbələrdə bazar qiymətləri ilə müqayisədə qurbanlıq heyvanların daha ucuz satışı təşkil ediləcəkdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurbanlıq heyvanların satışı üçün şəhərin hər bir rayonunda müvafiq yerlər ayrılmışdır. Qurbanlıq heyvanlar aşağıda göstərilən ünvanlarda satılacaqdır:
Qaradağ rayonu üzrə - Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının yanı; Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı;
Səbail rayonu üzrə - Bibiheybət yolundakı “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanı; 20-ci sahə dairəsi, ticarət cərgəsinin arxasındakı boş sahə;
Yasamal rayonu üzrə - Şərifzadə küçəsi, 196 (“İdeal” şadlıq sarayının həyəti);
Binəqədi rayonu üzrə - 8-ci mikrorayon, C.Xəndan küçəsi ilə Atatürk prospektinin kəsişməsi; Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi (“Baksol” yolu ilə kəsişmə); Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A (Bələdiyyənin qarajı); Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78;
Nərimanov rayonu üzrə - Əliyar Əliyev küçəsi, 26 (Keşlə bazarının yanı);
Nizami rayonu üzrə - R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi (“Milord” restoranının yanı);
Xətai rayonu üzrə - Nobel prospekti, “Nargilə” kafesinin yanı; Gəncə prospekti, “Fərid” şadlıq evinin qarşısı;
Sabunçu rayonu üzrə - Bakıxanov qəsəbəsi, dəmir yolu stansiyasının arxası; Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi;
Suraxanı rayonu üzrə - Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, tikiş sexinin yanı; Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, “Bakı Toxuculuq” ASC-nin yanı; Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, “Neftçi” stadionunun yanı; Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı; Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi,(maral heykəlinin yanı);
Xəzər rayonu üzrə - Binə qəsəbəsi, Əliağa Vahid küçəsi, 6 (sovxoz yolu); Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmir yolu stansiyasının yanı; Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, “Bank of Baku”nun ofisinin qarşısı.