Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qurdalasaq, qurdu çıxar ...”

Bakı, 14 noyabr, Vüqar Seyidov, AZƏRTAC

Müdriklər yaxşı deyiblər: “Qurdalasaq, qurdu çıxar...”. Amma görünür, bəziləri özlərinin şimal sərhədlərində müstəqil Azərbaycan dövləti ilə otuzillik qonşuluq müddətində bu müdrik kəlamı hələ də anlamayıblar. Regionda bəziləri elə hesab edirdi ki, SSRİ dağılandan sonra onun xarabalıqları üzərində yaranmış respublikalardan biri “evsiz-eşiksiz yetim” vəziyyətinə düşəcək, onu haraya istəsələr qovacaqlar, buna cavab verilməyəcəyinə əmin olaraq onun ünvanına istədikləri təhqirləri söyləyəcəklər. Orada elə hesab edirdilər ki, bütün bu illər ərzində belə hücumların cavabında Azərbaycanda diplomatik surətdə susur və qanlı tarixi yaraların üstündən keçirlərsə, deməli, ümumiyyətlə bu ölkənin “deməyə sözü yoxdur”.

Həqiqətən, Azərbaycan bütün bu illər ərzində siyasi nəzakət qaydalarına riayət edir, hətta cənub qonşuları öz hərəkətləri ilə onu açıq-aşkar “sancanda” da onların xətrinə dəyməməyə çalışırdı. Bakının təmkinli davranışı həm də onunla izah edilirdi ki, ölkəmiz müstəqillik dövrünə sovet dönəmindən “miras qalmış” Ermənistan-Azərbaycan münaqişəsi kimi ağır yüklə qədəm qoymuşdu.

Azərbaycanlılar üçün eyni dərəcədə kədərli, Tehran üçün isə “göydən düşmüş” uduşlu lotereya biletinə oxşar daha bir miras İranın şimalında bu yerlər üçün yeni ölkə olan Ermənistan ilə əvvəllər heç vaxt mövcud olmamış dövlət sərhədinin yaranması oldu.

Məlum olduğu kimi, orta əsrlərin sonunda Zəngəzur Qarabağ xanlığının, o vaxta qədər isə türk imperiyalarının tərkib hissəsi olub. Burada heç vaxt heç bir erməni dövləti olmayıb. Çar Rusiyasının süqutundan sonra Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi olub və yalnız Cənubi Qafqaz sovetləşdiriləndən sonra bolşeviklər xəritələri dəyişib, Azərbaycanın Mehri bölgəsini Qərbi Zəngəzurun qalan hissəsi ilə birlikdə Ermənistan SSR-ə verdilər. Beləliklə, Araz çayı boyunca Ermənistan-İran sərhədi tarixdə ilk dəfə yalnız SSRİ dağılandan sonra yaranıb və bu fakt, təbii ki, Tehrandakı siyasətçiləri sevindirməyə bilməzdi.

Onlar nəyə sevinirdi? Bu ritorik sual ayrı məsələdir. Bu qırx altı kilometrlik məsafədə əvvəllər, hətta bərələr də yox idi. SSRİ dövründə İrana yeganə sərhəd keçidi Culfada Araz çayı üzərindəki körpü idi. Ermənistan ilə İran arasında tarixdə ilk sərhəd keçidi postsovet dövründə açılıb - tərəflər çayın üzərində körpü qurdular, qaz kəməri, elektrik xətti çəkdilər. Bütün bunlar öz torpaqlarından (yeri gəlmişkən, o cümlədən Mehridən) qovulmuş azərbaycanlıların gözləri qabağında edilirdi, Bakı isə həmin dövrdə Ermənistanı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur etmək məqsədilə onun siyasi, iqtisadi və nəqliyyat baxımından təcrid edilməsi xəttini seçmişdi.

Türkiyənin bizimlə qardaşcasına həmrəyliyi fonunda iranlı qonşularımızın öz ciblərini doldurmaq üçün o illərdə əmələ gəlmiş, daha dəqiq desək Azərbaycanın təcavüzkar dövlət olan Ermənistana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar nəticəsində yaranmış boşluqdan necə istifadə etməsini görəndə həmişə ürəyimiz ağrıyırdı. Bizim dövlətin İsraillə dostluq münasibətləri ilə əlaqədar tez-tez ünvanımıza səslənən iradları eşitməli olurduq. Biz deyəndə ki, həmin illərdə ərazimizin 20 faizini işğal etmiş Ermənistandan fərqli olaraq uzaq İsrail İrana qarşı eyni hərəkətləri etmir, yəni İran ərazisinin bir hissəsini işğal etmir, deyəndə ki, elə həmin Ermənistandan fərqli olaraq yəhudi dövlətində məscidlərdə donuz saxlamırlar, İran səmərəli düşünmək və yaxşını pisdən fərqləndirmək bacarığını göstərmədi.

Bəzən adama elə gəlirdi ki, bütün bunlar bizə acıq vermək, bizdən qisas almaq üçün edilir. Nəyə görə “acıq vermək”, nəyə görə “qisas almaq” istəyirdilər - bunu anlamaq çətin idi. Axı Azərbaycan İranı heç vaxt “düşmən” hesab etməmişdi.

Xəzər dənizinin hüquqi statusu müzakirə edilərkən Tehranın bəzən heç bir əsas göstərmədən uydurduğu problemlər yaxşı yadımızdadır. SSRİ dağılandan sonra molla rejiminin iştahası daha da artdı və Tehranda öz ərazilərini genişləndirməyi qərara aldılar. Hərçənd, sovet irsinin, o cümlədən dəniz ərazilərinin bölünməsinin İrana heç bir dəxli olmamalı idi - keçmiş İran-sovet sərhədləri, ən azı İran üçün, dəyişilməz qalmalı idi. “Sovet piroqu”nun bölünməsi isə həmin dövlətə daxil olanların işi idi. Yadımızdadır ki, SSRİ dönəmində bizim cənub qonşumuz, hətta İttifaq dövlətinin neft-qaz yataqları barədə Kremlə iddia təqdim edə bilmirdi. Lakin sovet imperiyasının gözlənilmədən parçalanması birdən-birə İrana cəsarət verdi və o, həmin bölgüdə iştirak etməyi qərara aldı. Tehranın Azərbaycanın ərazi sularına iddialarını da unutmuruq, bu iddialar bir dəfə, qazma işləri başlanandan sonra tədqiqat gəmisi İran hərbi donanması tərəfindən hücuma məruz qalanda az qala hərbi toqquşmaya gətirib çıxarmışdı. Yadımızdadır ki, o vaxt qardaş Türkiyə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdi və Türkiyə Hərbi Hava Qüvvələrinin “şahinləri” Bakı səmasında viraj edərək cənuba ciddi mesaj göndərdi və israrla məsləhət gördü ki, “köpünü azalt”.

İş o yerə çatmışdı ki, bəzən açıq-aydın soruşmalı olurduq: sizə dinclik verməyən nədir, bizimlə nə probleminiz var, biz nə vaxtsa sizə qarşı hansı qeyri-dost hərəkəti etmişik? Onlar bu suala cavab verməyə söz tapmırdılar. Bəzən artistlik edərək mərhum prezident Əbülfəz Elçibəyin çıxışını xatırladırdılar. Guya o, İrana “ərazi iddiaları” barədə danışıb. Əvvələn, İranda çoxmilyonlu azərbaycanlı əhalinin yaşaması faktının qeyd edilməsi ərazi iddiası deyil, hamıya məlum olan reallıqdır. İkincisi, onlardan xahiş edəndə ki, Əbülfəz Elçibəyin konkret çıxışına istinad versinlər, biz özümüz ilk mənbəni tapıb araşdıraq, onlar əvvəlcə çətinlik çəkir, sonra isə gah Estoniyanın, gah Sloveniyanın, gah da İspaniyanın kiçik bir qəzetinin adını çəkir, “quql” axtarış sistemi vasitəsilə həmin çıxışı tapmağı məsləhət görürlər. Bir sözlə, nə istədiklərini özləri də bilmir. Axtardıq və heç nə tapmadıq. Təbii ki, elə bir “müsahibə” olmayıb, eləcə də adlarını onların uydurduqları qəzetlərin çoxu yoxdur. Amma əvəzində şübhələnmək üçün ciddi əsaslar var ki, Əbülfəz Elçibəyin guya haçansa hansısa qəzetə müsahibəsində söylədiyi iddialar barədə əhvalat Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə haqq qazandırmaq məqsədilə uydurulmuş feykdən başqa bir şey deyil. Nəhayət, üçüncüsü, tutaq ki, Elçibəy belə bir müsahibə verib. O, cəmi bir il prezident olub və 1993-cü ildən Azərbaycana başqa siyasi xadimlər rəhbərlik ediblər, onlar heç vaxt belə söz deməyiblər. Bəs 1993-cü ildən başlayaraq sizə dinclik verməyən nədir?

Hətta İran bizə açıq-aydın hörmətsizlik göstərərək işğal faktından istifadə edib birtərəfli qaydada, heç olmasa nəzakət xatirinə bizimlə məsləhətləşmədən Xudafərində Araz çayı üzərində körpü salanda, hətta bizim ərazinin bir hissəsini hasarlayanda da münasibətləri kəskinləşdirməməyə çalışdıq! İran, sadəcə, bizi fakt qarşısında qoymağı qərara aldı, bəlkə də o belə hesab edirdi ki, bu torpaqlar daha heç vaxt Azərbaycana qayıtmayacaq.

Məgər dostlar belə hərəkət edərmi? Məgər bu, hiddətləndirici deyilmi?

Biz heç vaxt unutmayacağıq ki, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş şəhərlərində və kəndlərində qalmış tikinti materialları, pəncərələr, qapılar, sakinlərin əmlakı İranın “ikinci əl” bazarlarında satılaraq iyrənc biznes sənaye reysləri üzərinə qoyulmasaydı, iranlı dırnaqarası “sahibkarlar”, əslində isə evlərin sökülməsində çox vaxt azərbaycanlı hərbi əsirlərin və girovların kölə əməyindən istifadə edən “quzğunlar” olmasaydı, dağıntı və qarətlər bəlkə də bu qədər təsəvvürəgəlməz, fəlakətli miqyas almazdı! Biz bunu heç vaxt unutmayacağıq. Füzulidən olan bir keçmiş məcburi köçkün ona məxsus olan ev əşyasının İranın qara bazarlarının birində satıldığını gördüyü günü unutmayacaq. Bu “biznesmenlər” Azərbaycan xalqının yaddaşında belə qarətçiliyin, utancverici “ziyafət”lərin və tamahkar cinayətin iştirakçıları kimi qalacaqlar.

Biz, hətta 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə də İranın Ermənistana birbaşa hərbi, maddi, logistik və informasiya köməyi göstərməsinin çoxsaylı sənədli sübutlarına baxmayaraq yenə siyasi nəzakət qaydalarına riayət edirdik. Biz unutmamışıq ki, Azərbaycan Silahlı Qüvvələrinin ön dəstəsi Araz çayı boyunca irəliləyərkən qəflətən peyda olmuş və nədənsə bizim əraziyə keçmiş İran hərbçiləri kobudcasına bizim əsgərlərin yolunu kəsmişdilər. Bu nə idi - həyasız təhrikçilik, yoxsa başımız başqa işlərə qarışdığı vaxtda bizimlə gücünü sınamaq niyyəti? Məgər İran vətəndaşları haçansa görüblərmi ki, Azərbaycan sərhədçiləri artıq İran ərazisində şoseyə çıxıb onların yolunu kəssinlər? Bircə dəfə belə hadisə olubmu? Axı həmin gün bizim hərbçilər təhrikçiliyə uymamaq və gərəksiz yeni beynəlxalq gərginlikdən yaxa qurtarmaq üçün çağırılmamış qonaqların arxasından, şimal tərəfdən dövrə vurub uzun bir yol keçməli oldular. Nəticədə bir sutka vaxt itirildi, düşmən bu fürsətdən istifadə edərək öz hissələrini geri çəkdi. Həmin sutkanın itirilməsi bəlkə də bizim əsgərlərdən kimlərinsə həyatı bahasına başa gəlib.

Çox şeyi xatırlamaq olar, çox şeyi! Müharibədən əvvəl və sonra Qarabağa yanacaq göndərilməsi; Laçın rayonuna gələn tırlarda İran dövlət qeydiyyat nömrələrinin Ermənistan nömrələri ilə əvəz edilməsi; tarixi Azərbaycan torpaqları olan Qafanda və Təbrizdə Ermənistan və İranın baş konsulluqlarının açılması, - indi hansı siyasi nəzakətdən danışmaq olar, - İranın hakimiyyət orqanları tərəfindən erməni icmasının aprelin 24-də İran şəhərlərinin küçələrində nümayişlər keçirməsinə icazə verilməsi, amma Xocalı soyqırımı qurbanlarının anım tədbirlərinin təşkilinə icazə verilməməsi və daha nələr...

Elə məqam yetişir ki, səbir kasası dolub daşmaq həddinə çatır. Onda açıq danışmaq lazım gəlir. Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı onunla əlamətdar oldu ki, indi hər şeyi öz adı ilə adlandırmaq lazım gəlir. Bəli, türk dünyası təkcə bu təşkilata daxil olan ölkələrlə məhdudlaşmır. Taleyin acı hökmü ilə qırx milyon azərbaycanlı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır, özü də onlar “diaspor”da deyil, öz tarixi vətənində yaşayır. Lakin onlar ana dilində təhsil almaq hüququndan məhrumdur. Onları bu hüquqdan nəyə görə məhrum edirlər? Yaxud bu barədə danışmaq nəyə görə “qeyri-münasib” sayılmalıdır? Danışmaq lazımdır! Çoxdan lazım idi! Prezident İlham Əliyev bunu açıq bəyan edib. Qoy, bu həqiqət kiminsə xoşuna gəlməsin. Bizim də xoşumuza gəlməyən məsələlər çox olub və yenə var. Dünya azərbaycanlılarının hüquqları təmin edilməlidir, o cümlədən cənub qonşumuzda da! Qoy, hamı bilsin ki, biz qan qardaşlarımızın taleyinə biganə qalmayacağıq! Biz də çox şey bilirik və deyirik: qurdalasaq, qurdu çıxar...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib