Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

QURUCUSU ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV OLAN AZƏRBAYCAN ORDUSU QARŞIDA DURAN BÜTÜN VƏZİFƏLƏRİ HƏLL ETMƏYƏ QADİRDİR
HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNİN NÖVBƏTİ BURAXILIŞINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN NİTQİ

QURUCUSU ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV OLAN AZƏRBAYCAN ORDUSU QARŞIDA DURAN BÜTÜN VƏZİFƏLƏRİ HƏLL ETMƏYƏ QADİRDİR  HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNİN NÖVBƏTİ BURAXILIŞINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz kursantlar, zabitlər, generallar!

Əziz məzunlar!

Hörmətli xanımlar və cənablar!

Sizi qarşıdan gələn Silahlı Qüvvələr günü münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan Milli Ordusunun bütün şəxsi heyətinə uğurlar arzulayıram.

Eyni zamanda, bu gün Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışıdır. Bütün məzunları bu gözəl hadisə münasibətilə təbrik edirəm. Əminəm ki, öz təhsilini tamamlamış məzunlar Azərbaycan ordusunda şərəflə xidmət edəcəklər.

Bu məktəbin ulu öndər Heydər Əliyevin adını daşıması ali hərbi məktəbdə oxuyanların üzərinə əlavə məsuliyyət qoyur. Ulu öndər bütün dövrlərdə Azərbaycanda ordu quruculuğunun inkişafında böyük xidmətlər göstərmişdir. Məhz 1970-ci illərdə yaradılmış Naxçıvanski adına hərbi məktəbin yetirmələri bu gün Azərbaycan Milli Ordusunda çox şərəflə, ləyaqətlə xidmət edirlər və bizim hərbi potensialımızı möhkəmləndirirlər.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra isə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda ordu quruculuğu işi sürətlə aparılmışdır. Nəzərə alsaq ki, müstəqilliyimizin ilk illərində orduda vahid komandanlıq yox idi, Azərbaycanda ordu quruculuğu prosesinin necə çətin şəraitdə getdiyini görərik. Bir tərəfdən, daxildə müxtəlif xoşagəlməz hadisələr, iqtisadi böhran, siyasi-hərbi böhran, daxili çəkişmələr, digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüz nəticəsində torpaqlarımızın itirilməsi - belə bir şəraitdə ordu quruculuğu faktik olaraq sıfırdan başlanmışdı. Ancaq qısa müddət ərzində Azərbaycanda çox güclü ordu yaranmışdır və bu gün ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Ordumuzun maddi-texniki bazası möhkəmlənmiş, peşəkarlıq artmışdır. Əlbəttə ki, hazırlıq məsələlərinə çox böyük diqqət göstərilir. Bu baxımdan Ali Hərbi Məktəbin fəaliyyətinin təkmilləşməsi, əlbəttə, böyük əhəmiyyət kəsb edir. Artıq bir neçə ildir ki, bu məktəb öz məzunlarını orduya daxil edir və beləliklə, ordumuzun gücü möhkəmlənir.

Bu gün ordu quruculuğu prosesinə böyük diqqət verilir. Siz bunu hiss edirsiniz, cəmiyyət bunu hiss edir. Çünki ordunun möhkəmləndirilməsi hər bir vətəndaşın işidir, hər bir vətəndaşın borcudur. İlk növbədə, dövlət öz diqqətini əsirgəməməlidir. Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq. Maddi-texniki bazanın möhkəmləndirilməsi işində, təbii ki, dövlət büdcəsindən orduya ayrılmış xərclərin artması zəruridir və biz bunu edirik. Son 3 il ərzində hərbi xərclərimiz 4 dəfə artmışdır. 2003-cü ildə orduya ayrılan xərclər 135 milyon dollar idi, 2006-cı ildə isə bu rəqəm 700 milyon dollara yaxındır və gələcəkdə biz bu xərcləri daha da artıracağıq. Son illər ərzində maddi-texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texnika, avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə, ordu quruculuğuna böyük diqqət göstərilməlidir.

Mən tez-tez müxtəlif hərbi hissələrə gedir, vəziyyətlə tanış oluram, əsgərlərlə görüşürəm və görürəm ki, hazırlıq səviyyəsi də yüksəlir. Bu, məni çox sevindirir. Çünki orduda həm gözəl təminat, xidmət üçün gözəl şərait olmalıdır, eyni zamanda, peşəkarlıq, yüksək hazırlıq, döyüş ruhu olmalıdır. Bütün bunlar da var. Əlbəttə ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə alması, bu ruhda böyüməsi də bizim üçün çox vacibdir.

Hər bir ölkənin uğurunu, inkişafını müəyyən edən bir sıra amillər var. Azərbaycanda da bu amillər mövcuddur. Hesab edirəm ki, güclü iqtisadiyyat, insanlarımızın yaxşı şəraitdə yaşaması, müstəqilliyimizin möhkəmlənməsi və güclü ordunun mövcudluğu Azərbaycanın inkişafına çox böyük təsir göstərəcəkdir. İndi ölkəmiz inkişafdadır. Bu inkişaf bütün sahələrdə göz qabağındadır və şübhəsiz ki, bunun əsasında Azərbaycanda aparılan iqtisadi islahatlar, uğurlu neft strategiyası dayanır. Neft strategiyasının təşəbbüskarı da ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və ondan sonra bütün başqa neft layihələrinin icra olunması sayəsində bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyildir. Azərbaycan iqtisadi yüksəliş dövrünü yaşayır və bu siyasət, görülən tədbirlər ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi tarixi hadisədir. Bizim xalqımız, ölkəmiz, region üçün, regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, regional əməkdaşlıq üçün, Azərbaycanın dünya birliyində daha da güclü yerə malik olması üçün bu, əvəzedilməz hadisədir. Bu layihənin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ilə Azərbaycanın bütün sahələrində inkişaf daha da güclü olacaqdır.

Bizim iqtisadiyyatımız möhkəmlənir. Keçən il Azərbaycanda iqtisadi artım dünyada ən yüksək səviyyəyə qalxmış, 26 faiz təşkil etmişdir. Bu ilin beş ayında isə ümumi daxili məhsul təxminən 40 faiz artmışdır. Gələcəkdə, Azərbaycanın bütün iqtisadi proqramları həyata keçdikcə, biz daha da böyük nailiyyətlərə sahib olacağıq. Bu, iqtisadiyyatımızı möhkəmləndirir, ölkəmizə əlavə maliyyə resursları gətirir və beləliklə, bizim imkanlarımız artır. Büdcəmiz artır, indi təxminən 5 milyard dollara yaxındır. İcmal büdcə isə ondan da artıqdır. Azərbaycanın dövlət büdcəsi son illər ərzində bir neçə dəfə artıbdır. Bu, bizə imkan verir ki, bütün məsələlər öz həllini tapsın. İlk növbədə, ordu quruculuğu. Əgər bu iqtisadi imkanlar olmasaydı, əlbəttə ki, biz orduya bu qədər vəsait ayıra bilməzdik. Gələcəkdə bizim büdcəmiz daha da artacaq və beləliklə, orduya ayrılan xərclər daha da çox olacaqdır.

Eyni zamanda, Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət göstərilir. Bildiyiniz kimi, ildə iki dəfə maaşlar artırılır, minimum əmək haqqı, müxtəlif kateqoriyalı insanların əmək haqları artırılır. Mən dünən hərbçilərin əmək haqlarının iki dəfə artırılması barədə müvafiq sərəncam imzaladım. Bütövlükdə, son üç ildə hərbçilərin maaşları üç dəfə artmışdır. Mən hesab edirəm ki, bu da bizi qane edə bilməz. Ancaq bu artım göz qabağındadır. Gələcəkdə iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, biz maaşlara da daha böyük diqqət göstərəcəyik. Təkcə orduda xidmət edənlərin maaşları yox, bütün kateqoriyalardan olan insanların əmək haqları qaldırılmalıdır.

Azərbaycanda böyük quruculuq, abadlıq işləri aparılır. Ölkəmizin bu günü, gələcəyi üçün çox böyük önəmi olan layihələr həyata keçirilir. Azərbaycanın energetika sektorunun möhkəmlənməsi üçün indi ölkədə 6 elektrik stansiyası tikilir. Bakıya su kəməri çəkilməyə başlayıbdır. Qaz xətləri yeniləşir. Təkcə keçən bir il ərzində Azərbaycanda 300-dən çox məktəb tikilibdir. Azərbaycanda 10-dan çox müasir müalicə mərkəzi tikilir və bildiyiniz kimi, dünən mən hərbi hospitalın cərrahiyyə korpusunun açılışında iştirak edirdim və çox sevinirdim ki, Azərbaycanda belə gözəl tibb müəssisəsi yaranıbdır. Bu, inkişaf deməkdir. O deməkdir ki, ölkəmiz hərtərəfli inkişaf edir, iqtisadi islahatlar uğurla aparılır, iqtisadi yüksəliş mövcuddur, sənaye istehsalının artımı yüksək sürətlə gedir.

Bizim bütün neft proqramlarımız uğurla icra edilir. Qeyd etdim ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri işə düşübdür. İlin sonuna qədər Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi nəzərdə tutulubdur. Bu da Azərbaycana əlavə maliyyə imkanları gətirəcək və eyni zamanda, bizim bölgədəki mövqeyimizin möhkəmlənməsinə böyük xidmət göstərəcəkdir.

Beynəlxalq aləmdə Azərbaycan öz mövqelərini möhkəmləndirir. Biz bir sıra beynəlxalq təşkilatların üzvüyük və onlarda çox fəal rol oynamağa başlamışıq. Azərbaycanın beynəlxalq imici, nüfuzu, bizə hörmət artır və bu, reallıqdır. Bu gün Azərbaycan sözün əsil mənasında bölgədə ən yüksək mövqelərə malik olan bir ölkədir. Əlbəttə ki, bunu şərtləndirən müxtəlif amillər var. O cümlədən iqtisadi potensial və ordunun güclü olması. Biz tarixi yaxşı bilirik və uğur qazanmış ölkələrin təcrübəsini də öyrənirik. Güclü ordu güclü dövlət deməkdir. Bizim məqsədimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq və daha da möhkəm orduya malik olmalıyıq.

Mən qeyd etmək istəyirəm ki, Azərbaycanın üzləşdiyi problemlərin həlli işində bizim proqramımız var. Çox dəqiq tədbirlər planımız var. Bilirsiniz ki, regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Son üç il ərzində 400 min yeni iş yeri açılıbdır. Bakıətrafı qəsəbələrin sosial problemləri həll olunmağa başlayıb və bu sahəyə böyük vəsait ayrılıbdır. Yol infrastrukturuna çox böyük vəsait yönəldilibdir. Bakıda, bütün rayon mərkəzlərində, kəndlərdə, eyni zamanda, magistral yolların təmirində böyük işlər görülür.

Bir sözlə, ölkəmiz inkişafdadır. Mən şübhə etmirəm ki, biz ölkəmizin qarşısında duran bütün vəzifələri həll edəcəyik. Artıq gördüyümüz işlər, nəticələr bunu deməyə əsas verir. Bizim hər bir sahə üzrə konkret, dəqiq proqramımız var və onlar icra olunur.

Ölkəmizin qarşısında duran bir nömrəli problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar olsun ki, bu sahədə heç bir irəliləyiş yoxdur. Doğrudur, danışıqlar gedir, müəyyən çərçivədə danışıqlar aparılır. Ancaq bu danışıqların heç bir səmərəsi yoxdur. Çünki nəticəyə gələ bilmirik. Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olubdur. Biz 10 ildən artıqdır ki, danışıqlar prosesinə sadiqik və bu, bizim konstruktivliyimizi bir daha sübut edir. Baxmayaraq ki, bizim torpaqlarımız işğal altındadır və Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşübdür, amma biz çalışırıq ki, sülh prosesinin imkanlarından axıra qədər istifadə edək. Ona görə danışıqlarda Azərbaycanın mövqeyi çox konstruktivdir. Ancaq əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bizə imkan vermir ki, bu münaqişənin həllinə nail olaq.

Biz beynəlxalq hüquq normalarının tərəfdarıyıq. Bu münaqişə və bütün başqa beynəlxalq məsələlər yalnız və yalnız müəyyən çərçivələrdə öz həllini tapa bilər. Kiminsə arzusu ilə, kiminsə istəyi ilə bu məsələ öz həllini tapa bilməz. Xüsusilə, əgər bu arzular reallığı əks etdirmirsə və beynəlxalq hüququn çərçivələrindən kənardadırsa. Beynəlxalq hüquq bütün ölkələrə şamil edilir. Əgər beynəlxalq davranış qaydaları, normalar, beynəlxalq təşkilatların qərarları gözlənilməsə və qərarların nəticəsində tədbirlər, işlər görülməsə, onda bütövlükdə beynəlxalq davranış qaydaları pozular. Çünki dünya müəyyən qaydalarla idarə olunur. Bütün ölkələr Birləşmiş Millətlər Təşkilatının üzvləridir və BMT dünyanın bir nömrəli təşkilatıdır. Bu təşkilatın Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnaməsi var. Orada açıq-aşkar deyilir ki, işğalçı silahlı qüvvələr zəbt olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ancaq əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, bu qətnamələri icra etmir.

Digər beynəlxalq təşkilatlar da öz qərarları, qətnamələri ilə bu məsələyə münasibətlərini bildirmişlər. Avropa Şurası qətnamə qəbul etmişdir və harada ki, Ermənistan təcavüzkar dövlət kimi tanınır. Ancaq bu qətnamə də nəticəsiz qalıbdır. Bu yaxınlarda GUAM təşkilatı dondurulmuş münaqişələrə dair bəyanat qəbul edibdir. O da Ermənistana təsir etmir. İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçirilmiş zirvə görüşündə müvafiq qətnamə qəbul edilmişdir. İcrasız qalır. Bu günlərdə Azərbaycanda İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində bu məsələyə dair çox önəmli qərarlar qəbul edilibdir. Ancaq Ermənistan heç bir beynəlxalq təşkilatın qərarına məhəl qoymur. Belə olan halda, biz bütövlükdə beynəlxalq tənzimləmə mexanizmlərinə artıq ümidsizliklə yanaşırıq. Əgər beynəlxalq təşkilatların qərarları, qətnamələri, özü də reallığı, ədaləti, beynəlxalq hüquq normalarını əks etdirən qərarlar icra olunmursa, onda biz nə etməliyik?! Biz bu vəziyyətlə, torpaqlarımızın itirilməsi ilə heç vaxt barışa bilmərik. Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt icazə vermərik və bu danışıqlar mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və eyni zamanda, tarixi, hüquqi, siyasi baxımdan, bütün başqa tərəflərdən də bu, belədir. Ona görə danışıqlar predmeti yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası olmalıdır. Bölgədə yaşayan bütün xalqların təhlükəsizliyinin təmin edilməsi olmalıdır. Bundan kənarda heç bir razılaşma mümkün deyildir.

Ancaq yenə də qeyd edirəm, biz beynəlxalq təşkilatların səylərini, qərarlarını yüksək qiymətləndiririk. ATƏT-in Minsk qrupunun fəaliyyətini yüksək qiymətləndiririk. Həqiqətən, onlar çalışırlar ki, razılaşma əldə edilsin. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi, bütün beynəlxalq hüquq normalarına məhəl qoymaması imkan vermir ki, biz bu məsələyə nail olaq. Belə olan halda, Azərbaycan öz siyasətinə müəyyən düzəlişlər etməlidir. Biz nə vaxta qədər danışıqlarda iştirak edəcəyik? Nə vaxta qədər gözləyəcəyik? Bizim səbrimiz tükənməz deyildir!

Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Ermənistan artıq nə iqtisadi cəhətdən, nə siyasi, nə də hərbi cəhətdən bizimlə rəqabət apara bilmir. Bizim üstünlüyümüz artıq reallıqdır. Biz hələ inkişafımızın əvvəlindəyik. Qoy, Ermənistanda fikirləşsinlər, bir ildən sonra, üç ildən sonra, beş ildən sonra Azərbaycan harada olacaq, Ermənistan harada olacaqdır. Ermənistanın inkişaf etməsi üçün heç bir imkan yoxdur. Onlar bütün beynəlxalq, regional layihələrdən təcrid olunmuşlar. Onlarda iqtisadi artım imkanları çox məhduddur. Ölkə əhalisinin, demək olar ki, yarısı ölkəni tərk edibdir. Bizdə olan məlumata görə, onlar hətta təmas xəttinin qorunmasında çətinlik çəkirlər. Çünki, canlı qüvvə çatışmır. Bu tərəfdən də iqtisadi cəhətdən, ordu quruculuğu baxımından günü-gündən möhkəmlənən, siyasi cəhətdən bölgənin mərkəzinə çevrilən Azərbaycan və bizim iqtisadi perspektivlərimiz.

Mən bu yaxınlarda bəzi rəqəmləri xatırlatdım. Bir daha demək istəyirəm, beynəlxalq maliyyə qurumları tərəfindən hesablanıb ki, gələn 20 ildə Azərbaycan təkcə neft layihələrindən 140 milyard dollar vəsait əldə edəcəkdir. Dağlıq Qarabağ bizim bir nömrəli problemimizdir və bu problemdən başqa mən Azərbaycanın qarşısında ayrı heç bir problem görmürəm.

Şübhəsiz, biz bu imkanlardan istifadə edib ordumuzu daha da möhkəmləndirəcək, gücləndirəcəyik ki, istənilən anda o, doğma torpaqlarımızı geri qaytarsın. Mən buna şübhə etmirəm və ümid edirəm ki, bizim siyasətimiz buna gətirib çıxaracaqdır.

Sadəcə, təəssüf edirəm ki, vaxt keçir və Ermənistan vaxtı uzatmaqla heç nə əldə etmir. Vaxt, zaman onların xeyrinə işləmir, əksinə, zaman bizim xeyrimizə işləyir.

Biz ölkəmizdə bütün imkanlardan istifadə etməliyik. İndi bizdə çox gözəl şərait var: iqtisadi artım, siyasi sabitlik, vətəndaş həmrəyliyi, iqtidarla xalq arasında vəhdət, birlik, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, demokratikləşmə prosesinin uğurla inkişaf etməsi, bölgədəki vəziyyətimizin möhkəmlənməsi, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığımız və regional müstəvidə lider mövqeyimiz. Budur bizim məramımız, budur bizim bugünkü həyatımız. Ən önəmlisi odur ki, biz gələcəyi də çox açıq-aydın görürük, bilirik ki, haraya gedirik, bizi nələr gözləyir. Bilirik ki, Azərbaycan qısa müddət ərzində dünyanın ən inkişaf etmiş ölkələri sırasında olmalıdır. Buna imkan var, siyasi iradə var, xalqın birliyi var, istedadı var və biz buna nail olacağıq.

Azərbaycan heç vaxt Dağlıq Qarabağın ondan ayrılması ilə barışmayacaq, sülh yolu ilə və ya hərbi yolla öz ərazi bütovlüyünü bərpa edəcəkdir.

Bir məsələni də qeyd etmək istəyirəm. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Əlbəttə ki, əgər biz müharibə şəraitində olmasaydıq, bu nazirliyin yaradılmasına ehtiyac olmazdı. Ancaq bir halda ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ öz həllini tapmır, biz qərara gəldik ki, Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılsın və bu istiqamətdə əməli addımlar atılır. Ümid edirəm ki, qısa müddət ərzində Azərbaycanda çox güclü hərbi sənaye yaradılacaq və bu, öz növbəsində, orduya böyük dəstək olacaqdır.

Əziz dostlar!

Əziz hərbçilər!

Sizi qarşıdan gələn Silahlı Qüvvələr günü münasibətilə bir daha ürəkdən təbrik edirəm. Məzunları təbrik edirəm. Ali Hərbi Məktəbi bitirmiş məzunlar Azərbaycan Milli Ordusunda ləyaqətlə xidmət edəcək və Azərbaycanın müdafiə qüdrətini möhkəmləndirəcəklər. Sağ olun.

(Dövlətimizin başçısı, Ali baş komandan İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib