Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Quruda yerləşən neft-qaz obyektlərində terrorçuluğa qarşı mübarizə üzrə qurumlararası fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Quruda yerləşən neft-qaz obyektlərində terrorçuluğa qarşı mübarizə üzrə qurumlararası fəaliyyət Qaydaları” təsdiq edilsin (əlavə olunur, məxfi).

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və əməliyyatçı şirkətlər bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

3. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalarda göstərilən tədbirlərin maliyyə təminatı dövlət büdcəsində bu Qərarın 2-ci hissəsində qeyd olunan qurumların saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 may 2023-cü il

№ 144

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin