“QUŞ QRİPİ” VİRUSU QAYIDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İngiltərənin şərqindəki quşçuluq fermalarının birində yeni “quş qripi” mənbəyi aşkarlanmışdır. Artıq beş min quş məhv edilmişdir.
Alimlər burada aşkar olunmuş virusun tipini müəyyən etməyə çalışırlar. Onun insan üçün təhlükəli sayılan H5N1 virusu olması güman edilir. Quş fermasının ətrafında 3 kilometrlik karantin zonası elan olunmuşdur. Xatırladaq ki, Böyük Britaniyadakı “quş qripi”nin axırıncı iri epidemiyası bu ilin fevral ayında qeydə alınmışdı. O vaxt təqribən 200 min quş məhv edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]