REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı ümummilli lider Heydər Əliyevə həsr olunan səhnə əsəri təqdim edəcək VİDEO
Qusar, 3 dekabr, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarına ümummilli lider Heydər Əliyevə həsr olunan “Böyük ömrün dastanı” adlı səhnə əsərini təqdim edəcək.
Tamaşa Xalq Şairi Zəlimxan Yaqubun eyniadlı əsərinin motivləri əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, tamaşa ilk dəfə Ulu Öndərin vəfatının 11-ci ildönümü ərəfəsində- dekabrın 8-də Qusar Şəhər Mədəniyyət Evində nümayiş etdiriləcək.
Səhnə əsərinin ideya müəllifi və rejissoru Qusar Dövlət Ləzgi Dram Teatrının bədi rəhbəri Faiq Qardaşovdur.
Tamaşanın hazırlanmasında bacarıqlı aktyorlarla yanaşı, Qusar şəhər 1 nömrəli məktəbinin istedadlı şagirdləri də yaxından iştirak ediblər.
1992-ci ildən fəaliyyət göstərən teatrda indiyədək 80-ə yaxın tamaşa səhnələşdirilib.