Qusarda ikimərtəbəli ev yanıb


Qusar, 12 mart, Elxan Yusifli, AZƏRTAC
Qusarda evdə yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Quxuroba kəndində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli 8 otaqlı ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Kənd sakini Zahid Abdiyevə məxsus evdə gecə saat 3 radələrində baş verən yanğın zamanı xəsarət alan olmayıb. Evin sakinləri bir müddət əvvəl yeni tikilən evə köçdüklərindən yanğın zamanı içəridə heç kim olmayıb. İlkin ehtimala görə, qısaqapanma səbəbindən yaranan yanğın zamanı evdəki bütün məişət avadanlıqları və əşyalar yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.