REGİONLAR
Qusarda qəzada bir nəfər ölüb, 3 nəfər xəsarət alıb
Qusar, 12 iyul, Elxan Yusifli, AZƏRTAC
İyunun 12-də Qusarda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qusar-Şahdağ yolunun 26-cı kilometrliyində qeydə alınıb. Ənix kənd sakini, 27 yaşlı Əmirgünə Əmiraslanovun idarə etdiyi "Opel" markalı avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.
Qəzaya düşənlərin hamısı Qusarın Ənix kənd sakinləridir. Qəza nəticəsində avtomaşında olan sərnişin, 28 yaşlı İsmixan Şəkərov dünyasını dəyişib. "Opel"in sürücüsü, 27 yaşlı Əmirgünə Əmiraslanov, həmçinin avtomobildəki sərnişinlər, 28 yaşlı Abuçin Osmanov və 27 yaşlı Tofiq Kərimov Qusar rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.