REGİONLAR
Qusarda qumar oynayan 7 nəfər saxlanılıb VİDEO
Qusar, 29 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusarda karantin rejimi qaydalarını pozaraq qumar oynayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi nəfər kənd sakininin qumar oynadıqları aşkar olunub. Karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.
Saxlanılan şəxslərin hər biri barəsində Qusar RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülüb.