SİYASƏT
Qusarda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir
Qusar, 14 mart (AZƏRTAC). Qusardakı Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda təşkil edilmiş tədbirdə ulu öndərin həyat və fəaliyyəti, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə haqqında geniş məlumat verilmiş, məruzə dinlənilmişdir.
Milli Məclisin deputatı Azər Badamov, rayon icra hakimiyyətinin başçısı Şair Alxasov, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri David İbrahimxəlilov və digər çıxış edənlər ulu öndər Heydər Əliyevi Azərbaycan xalqının xilaskarı və müasir Azərbaycanın qurucusu adlandırmış, ümummilli liderin yürütdüyü siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.
Tədbirdə YAP-ın sıralarına yeni qəbul edilmiş gənclərə partiya üzvlük vəsiqələri təqdim olunmuşdur.
Mərasimin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.