REGİONLAR
QUŞÇULUQ MƏHSULLARININ SATIŞ-YARMARKALARI BAHALAŞMANIN QARŞISINI ALIR
AZƏRTAC xəbər verir ki, iyunun 22-də Bakı şəhərinin “Təzə bazar”, 3-cü mikrorayon və Sabunçu bazarlarında quşçuluq məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
Yarmarkalarda alıcılara keyfiyyətli və bazar qiymətlərindən ucuz toyuq əti və yumurta təklif olunmuşdur. “Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada paytaxt sakinlərinə İmişli, Netfçala, Göradil, Giləzi, Mərdəkan və digər quşçuluq təsərrüfatlarından gətirilmiş məhsullar satılmışdır.
Şəhər sakinləri qiymətlərdən razılıq edir, təzə və keyfiyyətli məhsulları həvəslə alırdılar.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat vermişdir ki, cümə günü şəhərin yarmarkalarında satışa 20 ton toyuq əti və 500 min ədədə yaxın yumurta çıxarılmışdır. Həmin məhsulların qiymətləri bazarlardakından xeyli ucuz olmuşdur.
Satış-yarmarkalar şənbə və bazar günləri də davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]