İQTİSADİYYAT
Rabitə və informasiya texnologiyaları sektorunda 161 yeni iş yeri açılmışdır
Bakı, 20 oktyabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) üzrə ötən doqquz ayda 161 yeni iş yeri açılmışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, ölkənin informasiya texnologiyaları və rabitə sektorunda orta aylıq əməkhaqqı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,8 faiz artırılaraq 669,6 manata çatdırılmışdır. Telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 771,8 manat, poçt sektorunda isə 218 manat təşkil etmişdir.
RİTN-in birlik və müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı 348, 4 manat olmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.