ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası yekunlaşıb
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başa çatıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, karantin rejiminin tələblərinə uyğun olaraq onlayn təşkil edilən imtahanların sonuncusu radiasiya materialşünaslığı ixtisası üzrə radiasiya qeydedici cihazların əsasları fənnindən keçirilib.
Qeyd edilib ki, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov və elmi müəssisənin digər rəhbər şəxsləri magistrantların yay imtahan sessiyasının bütün imtahanlarında iştirak edib, həmçinin müdafiə işləri haqqında təklif və tövsiyələr səsləndiriblər.