Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Radikalizm müasir gəncliyi dünyəvilikdən, elmi düşüncə və axtarışlardan uzaqlaşdırır

Qobustan, 21aprel, AZƏRTAC 

Qobustanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 21-də “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclər mərkəzində keçirilən konfransda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, Qafqaz Müsəlmanları idarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Mərəhməd Mustafayev, eləcə də bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, dini işlər üzrə komissiyanın üzvləri, YAP rayon təşkilatının rəhbərliyi, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov konfransı açaraq bu gün dini radikalizmlə mübarizənin aktuallığından, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlıq, multikulturalizm ənənələrinin təbliği sahəsində görülən işlərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqinin zəruriliyindən danışıb, bu baxımdan konfransın xüsusi önəm daşıdığını qeyd edib. İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin Azərbaycan dövlətinin dünyaya, xüsusən də İslam ölkələrinə xoş niyyətli yeni mesaj olduğunu diqqətə çatdırıb. Bildirilib ki, İslam dünyasının bu gün həmrəyliyə, birliyə, sabitliyə çox böyük ehtiyacı olduğu bir vaxtda belə bəşəri ideyanın irəli sürülməsi tarixən dünyanın mədəni mərkəzlərindən biri olan Azərbaycanın İslam dünyasına verdiyi töhfədir. Artıq dünyada “İslam Həmrəyliyi İli”nin Azərbaycan nümunəsi modeli formalaşmaqdadır.

Konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı diqqəti İslam dininin ümumbəşəri dəyərlərinə cəlb edərək, İslam daxilindəki qrupların, cərəyanların onun inkişafına yaratdığı ciddi maneələrdən bəhs edib. Vurğulayıb ki, radikalizm bu gün İslamdakı elmlik, dünyəvilik prinsiplərinə qarşı bir təxribatdır. Radikalizm müasir gəncliyi dünyəvilikdən, elmi düşüncə və axtarışlardan uzaqlaşdırır. Nəticədə isə fanatizmin acı təzahürləri üzə çıxır. Komitə sədri dünya əhalisinin 25 faizini müsəlmanların təşkil etdiyini vurğulayaraq, dünya neft ehtiyatının 62 faizinin, təbii qazın 60 faizinin, digər yeraltı sərvətlərin böyük bir hissəsinin bu ölkələrdə olduğuna diqqəti cəlb edib və təəssüflə bildirib ki, müsəlman ölkələri elmi-texniki cəhətdən hələ də geridə qalır, bu sahədə başqalarından asılıdır. Qeyd olunub ki, xurafat, cahillik, dini radikalizm, müəyyən dairələrin İslamı siyasiləşdirmək cəhdlərinin yaratdığı fəsadlar bunun əsas səbəbləridir. Təsadüfi deyil ki, bugünkü münaqişələrin 70-80 faizi müsəlman ölkələrinin ərazilərində baş verir.

Belə bir şəraitdə, xüsusən din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə tolerantlığın, multikultural dəyərlərin Azərbaycan modelinin öyrənilməsinin və bundan yararlanmağın, habelə İslam həmrəyliyinin bəşəriyyət üçün həyati əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Sonra rayon icra hakimiyyətinin iclas zalında konfransın “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda ikinci mərhələsi olub. Rayonun fəal gənclərinin iştirakı ilə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, rayon gənclər və idman idarəsinin rəisi Qadir Əkbərov çıxış ediblər.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizənin, dindarlar, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviq olunmasıdır. G.İsmayılov gənclər arasında dini maarifləndirmənin gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.

Gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayan G.İsmayılov bu istiqamətdə ardıcıl işlərin həyata keçirildiyini, milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruriliyini bildirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO