DÜNYA
“Raspberry Pi” təşkilatı 5 ABŞ dolları məbləğində mikrokompyuter təqdim edib
Bakı, 27 noyabr, AZƏRTAC
Ucuz mikrokompyuterlərin yaradılması ilə məşğul olan ABŞ-ın “Raspberry Pi Foundation” təşkilatı “Raspberry Pi Zero” adlı yeni modelini nümayiş etdirib. İstehsalçılar bu modelin dəyərini 5 ABŞ dolları məbləğində qiymətləndiriblər.
AZƏRTAC “hitech.newsru.com” saytına istinadən xəbər verir ki, yeni model 1 QHs takt tezlikli “ARM11 core” prosessoru ilə təchiz olunub. Əməli yaddaşın tutumu 512 meqabayt təşkil edir, həmçinin “microSD” formatında yaddaş kartları üçün slot, enerji doldurulması və periferiya avadanlığının qoşulması üçün 2 “microUSB” və “mini-HDMI” konnektoru quraşdırılıb. Cihazın ölçüsü 65 x 30 x 5 millimetrdir.
Bu mikrokompyuter “Raspbian” adlı “Linux” distributivi əsasında işləyir və “Raspberry Pi”nin başqa modelləri üçün hazırlanmış proqramların əksəriyyətini dəstəkləyir.