RAUL KASTRO TƏKZİB EDİR
Raul Kastro demişdir ki, ABŞ-ın bəzi KİV-lərinin iddia etdiyi kimi, Fidel ölmür. O, mədə-bağırsaq traktında cərrahi əməliyyatdan sonra getdikcə yaxşılaşır. Fidel cərrahiyyə əməliyyatdan sonra gərgin işləməməyi tələb edən həkimlərin göstərişini ciddi şəkildə yerinə yetirir. Buna baxmayaraq, işin həcmini gündən-günə artırır.
Raul Kastro bu bəyanatı ABŞ-ın “Taym” jurnalındakı məqaləyə cavab olaraq vermişdir. Jurnal informasiyanın Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi məlumatına əsaslandığını vurğulayaraq yazmışdır: “Kuba lideri əlacsız bağırsaq xərçəngi ilə xəstələnmişdir və çox güman ki, bir daha hakimiyyətə heç vaxt qayıtmayacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [17:26]