Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏCƏB TAYYİB ƏRDOĞANIN BƏYANATI

- Möhtərəm mətbuat nümayəndələri! 

Azərbaycanı ziyarət etməkdən və cənab Prezident Heydər Əliyevlə bir arada olmaqdan böyük bir səadət və şərəf duymaqdayam. Cənab Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi inkişaf və nailiyyətlər həmişə bizim diqqət mərkəzimizdədir. Bu gün cənab Heydər Əliyevlə son dərəcə faydalı danışıqlar apardıq. Türkiyə ilə Azərbaycan arasında dərin qardaşlıq və dostluq münasibətləri mövcuddur. Kifayət qədər yüksək səviyyədə olan ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinin ölkələrimizin mənafeyi üçün mühüm nəticələr doğuracağına inanırıq. Ürəkdən inanırıq ki, bu ziyarətimiz də əlaqələrimizin daha da inkişafına mühüm töhfə verəcəkdir. Türkiyə Azərbaycanla əlaqələrini və əməkdaşlığını daha da inkişaf etdirmək əzmindədir. Cənab Əliyevin iş başına gəlməsindən bəri Azərbaycanın da eyni əzm və qərarlılıq içində olduğuna şahidik.

Cənab Prezidentə də dediyim kimi, biz qardaş və dost olmaqla yanaşı, ölkələrimiz arasında bütün sahələrdə strateji bir həmrəylik və ortaqlıq mövcuddur. Bu cərcivədə bəzi məsələləri aşkarlıq şəraitində müzakirə etməyimizin lazımlı və faydalı olduğunu düşünürəm.

Bu səfərə gələndə özümlə təxminən 150 türk iş adamını, ictimai təşkilatların rəhbərlərini, o cümlədən Türkiyə Ticarət Palatasının rəhbərlərini də buraya gətirdim. Onlarla bərabər, 50-yə yaxın mətbuat işçisi də bu səfəri işıqlandırmaq üçün buraya gəlmişdir. Dörd nazirimiz, Ədalət və İnkişaf Partiyası sədrinin bəzi müavinləri, müşavirlərimiz mənimlə bərabərdirlər. Bu da Azərbaycana səfərimizə verdiyimiz böyük əhəmiyyətə bir sübutdur.

Hörmətli mətbuat nümayəndələri!

Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsində ölkələrimizin gərgin səyləri artıq öz bəhrəsini vermişdir. Marşrutun haradan keçməsi barədə Gürcüstanda yaşanan problemin aradan qaldırılması sevindirici bir hadisədir. Türkiyə bundan sonra belə problemlərin ortaya çıxmaması üçün məsələni ciddi şəkildə izləyəcəkdir.

Bir az əvvəl bu barədə möhtərəm Prezidentmizə də fikrimi bildirdim. Bizim zənnimizcə, 2005-ci il çox uzaqdır. Biz zamana qarşı yarışmağa məcburuq. Bu işi nə qədər qısa müddət ərzində həll edə bilsək, o qədər çox uğur qazanacağıq.

Bundan sonrakı əsas işimiz isə Bakı-Ərzurum qaz kəmərinin tikintisini gercəkləşdirməkdir. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan qazı Türkiyə üzərindən Avropaya nəql ediləcəkdir. Sabah terminala gedərək, bu işlərə nə qədər böyük əhəmiyyət verdiyimizi əyani şəkildə göstərəcəyik.

2000-ci ildə ölkələrimiz arasında olan 326 milyon dollarlıq ticarətin həcmi 2001-ci ildə 295 milyon dollara düşmüşdür. Bu da 11 faizlik bir azalma deməkdir. Təəssüf ki, bu meyl 2002-ci ildə də davam etmişdir. Digər tərəfdən, Azərbaycana qoyulan sərmayəmiz 2001-ci ildə 723 milyon dollar təşkil etmişdir. Biz Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləyir və imkanımız daxilində ona kömək etməyə çalışırıq. Bununla bərabər, inanırıq ki, vergi, gömrük, maliyyə və nəqliyyat bölmələrində mövcud olan problemlər Azərbaycanın möhtərəm baş nazirinin göstərişləri ilə aradan qaldırılacaqdır.

Biz ortaq bir mədəniyyətə mənsubuq. Bu mənada mədəniyyət sahəsində də atacağımız ciddi addımlar var. Ona görə də mədəniyyət nazirimizi də özümlə gətirdim. Mədəni əlaqələr sahəsində aramızdakı münasibətləri daha da möhkəmləndirəcəyimizə inanıram.

Daxili işlər sahəsində də bəzi müştərək addımlar atmalıyıq. Daxili işlər nazirimiz də mənimlə birlikdədir. Daxili işlər nazirliklərimiz arasında əməkdaşlıq daha da qüvvətləndiriləcəkdir. Xarici işlər nazirimiz də nümayəndə heyətimin tərkibindədir. Nazirimiz Azərbaycanda həmkarları ilə lazım olan məsələləri müzakirə edəcəkdir. Mən inanıram ki, sabah bütün bu sahələrdə geniş danışıqlar gedəcəkdir.

Öz dəyərli vaxtını bizimlə görüşə ayırdığı üçün sizin hüzurunuzda cənab Prezident Heydər Əliyevə nümayəndə heyətimiz adından öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun.

X X X

Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Cənab Ərdoğan, bu sualı buradakı bütün türk jurnalistləri adından verirəm. Biz Türkiyədən yola düşdükdən dərhal sonra hakim Kanatoğlunun bir açıqlaması oldu. Onun sözlərindən belə çıxır ki, 3 noyabr seçkilərindən sonra Siirt vilayətində keçiriləcək təkrar seçkilərdə də siz namizəd ola bilməyəcəksiniz. Bunun üçün seçicilərin siyahılarının yenidən tərtib edilməsi kimi maneələr var. Bu barədə sizin fikriniz necədir?

RƏCƏB TAYYİB ƏRDOĞAN: Mən bu suala Türkiyəyə qayıtdıqdan sonra cavab vermək istərdim.

SUAL: Cənab Ərdoğan, Azərbaycan-Türkiyə əlaqələrinin indiki səviyyəsini necə qiymətləndirirsiniz? Rəhbərlik etdiyiniz partiya hakimiyyətə gəldikdən sonra bu əlaqələri necə inkişaf etdirəcək? Azərbaycanın hazırkı inkişafı və perspektivləri Türkiyədən necə görünür?

RƏCƏB TAYYİB ƏRDOĞAN: Bir az əvvəl də dediyim kimi, bu günə qədər olan münasibətləri kifayət qədər parlaq hesab etmirik. Həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə münasibətləri qüvvətləndirməliyik. Bir az əvvəl möhtərəm Prezidentimiz Heydər Əliyevə də söylədim. Biz üzərimizə düşən hər şeyi etməyə hazırıq. Mən bu məsələ ilə bağlı hörmətli baş nazirimiz Abdullah Gülün salamlarını və düşüncələrini də çatdırmaq istəyirəm. Mənimlə eyni təyyarədə gələn iş adamları və burada çalışan türk iş adamları Azərbaycana daha çox sərmayə qoymağı arzulayırlar. Onlar möhtərəm Prezident Heydər Əliyevə ümidvardırlar. Bundan başqa, ölkələrimiz arasında ticarətin həcmini də sürətlə artırmalıyıq.

SUAL: Cənab Prezident, cənab sədr, mən hər ikinizə eyni sualla müraciət etmək istəyirəm. Azərbaycan-Türkiyə münasibətlərində bir sıxıntı və ya problem olubmu, əgər olubsa, bu, aradan qaldırıldımı? Möhtərəm Heydər Əliyev Türkiyə ilə əlaqələrində hər hansı problem ilə üzləşdimi, cənab Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini kifayət qədər möhkəm hesab edirmi?

HEYDƏR ƏLİYEV: Mən dedim ki, Türkiyə-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Bunu bir daha təkrar edirəm. Amma problem deyəndə, problemsiz həyat olmur. Problem olur və biz onu həll edirik. Türkiyə ilə Azərbaycan arasında həll edilə bilməyəcək problem yoxdur, olmayıbdır. Keçmişdə bir-iki xətalar baş vermişdir. Onlar da məlumdur. Onları yada salmaq istəmirəm. Ancaq bizim dövlətlər arasında, hökumətlər arasında həllini tapa bilməyən problem yoxdur. Problemləri biz birlikdə həll edirik.

RƏCƏB TAYYİB ƏRDOĞAN: Mən də cənab Prezidentin sözləri ilə razıyam. Onu da əlavə etmək istəyirəm ki, keçmişdə olmuş xətaları gələcəyə aparmaq siyasətin xarakterinə ziddir. Siyasət əsla kin qəbul etməz. Xüsusilə, qardaşlar arasında bu, əsla mümkün deyildir. Biz bunların hamısının üstündən keçib gedirik, tariximizdə yeni səhifələr açaraq, aramızdakı münasibətləri, ticarətin həcmini artıraraq, həmrəylik içində gələcəyə addımlayırıq və addımlayacağıq.

SUAL: Cənab Ərdoğan, 15 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyibdir. Amma Avropa və Amerika Birləşmiş Ştatlarının bəzi siyasi və iqtisadi dairələri, bir sıra maliyyə qurumları Türkiyəyə Ermənistanla diplomatik əlaqələri qurmaq, iqtisadi münasibətlər yaratmaq üçün təzyiqlər göstərirlər. Dağlıq Qarabağ problemi həll edilmədiyi təqdirdə, Ermənistanın Türkiyəyə ərazi iddiaları irəli sürdüyü bir halda Türkiyə bu addımı atacaqmı? Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini davam etdirəcəkmi?

 

RƏCƏB TAYYİB ƏRDOĞAN: Bu məsələ ilə əlaqədar Türkiyənin bugünə qədər yürütdüyü siyasət məlumdur. Biz heç vaxt azəri qardaşlarımızı incidəcək bir addım atmadıq. Bu, mümkün də deyildir. Biz cənab Heydər Əliyev ilə Robert Koçaryan arasında davam edən danışıqların Azərbaycan üçün xeyirli bir nəticə ilə başa çatmasını diləyirik. Minsk posesini müsbət bir mexanizm olaraq qəbul edirik, ancaq bir nəticə verməməsini də təəccüblə qarşılayırıq. Bu baxımdan Türkiyə bugünə qədər yürütdüyü siyasəti bundan sonra da davam etdircəkdir. Biz hər zaman azəri qardaşlarımızın yanında olacağıq.

X X X

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Abid Şərifov, xarici işlər naziri Vilayət Quliyev, daxili işlər naziri Ramil Usubov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, yanacaq və energetika naziri Məcid Kərimov, mədəniyyət naziri Polad Bülbüloğlu, Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və birinci vitse-prezidenti İlham Əliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyə nümayəndə heyətinin üzvləri mətbuat konfransında iştirak edirdilər.

X X X

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından yanvarın 7-də “Ulduz” sarayında Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilmişdir.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun və

Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq