ELM VƏ TƏHSİL
REGİONLARDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI TƏDRİS OLUNUR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi regionlarda rəqəmsal geriliyin aradan qaldırılması, informasiya-kommunikasiya texnologiyaları üzrə milli kadrların hazırlanması məqsədi ilə təlimlər keçirir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, hazırda Tərtər rayonunun ümumtəhsil məktəblərinin müəllimləri üçün keçirilən tədris kurslarının ilk mərhələsi başa çatdırılmışdır. Seminarda “İnformatika” fənnini tədris edən 75 müəllim iştirak etmişdir. Tədris kurslarını AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun müəllimləri keçirmişlər.
Bundan əvvəl kurslar Goranboy rayonunda təşkil edilmişdi.