İQTİSADİYYAT
Regionlarda yeni poçt şöbələri istismara verilmişdir
Bakı, 20 mart (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC tərəfindən Şəkidə, Salyanda poçt şöbələrinin yeni binaları istifadəyə verilmişdir. İstifadəyə verilmiş binalar müasir texniki avadanlıq və mebel ilə təchiz olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt-pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılmasına şərait yaradılacaqdır. Eyni zamanda, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətləri göstəriləcəkdir.