CƏMİYYƏT
Regionlardakı pomidor şitilxanalarında fitosanitar monitorinqlər aparılıb
Bakı, 31 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fitosanitar müfəttişləri tərəfindən regionlardakı pomidor şitilxanalarında bitkilər üçün təhlükəli olan pomidor meyvələrinin qonur qırışıqlığı virusu, pepino mozaika virusu və pomidorun bürünclülük viruslarının aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin aparılması məqsədilə növbəti fitosanitar müşahidələr aparılıb.
Müayinələrin aparılması üçün şitillərdən götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Monitorinqlər zamanı təsərrüfat sahiblərinə şitilxanalarda və pomidor təsərrüfatlarında sanitariya-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı müvafiq tövsiyələr və təlimatlar verilib.