“RƏMZDƏN ÖNCƏ” KONSERTİ UĞURLA KEÇDİ
İki saat ərzində dörd alman musiqiçisinin ifa etdikləri bütün əsərlər salonda divarlara vurulmuş rəsmlərlə müşayiət edilmişdir.
Bu orijinal musiqi gecəsinin əsas məqsədi dinləyici və tamaşaçıya müasir sənət əsərlərini yeni formada çatdırmaq idi.
Təşkilatçıların kiçik festival adlandırdıqları bu tədbirin direktoru Afət Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, alman musiqiçiləri indiyədək dünyanın bir sıra ölkələrində həmyerlimiz, Əli Herisçi ilə birlikdə uğurla çıxış etmişlər. Onlar festivalın bədii rəhbəri bəstəkar Elmir Mirzəyevin əsərini Bakıda ilk dəfə dinləyicilərin alqışları altında ifa etmişlər.
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaus Qrevlix də konsertdə olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]