RƏQS ANSAMBLININ KONSERTİ
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar kollektiv, Azərbaycan Dövlət rəqs ansamblının konserti olmuşdur.
AZƏRTAC xəbər verir ki, ansambl (bədii rəhbər xalq artisti Afaq Məlikova) konsertdə Üzeyir Hacıbəyovun “Cəngi”, Cahangir Cahangirovun “İncəlik”, Tofiq Quliyevin “Səməni”, Əfrasiyab Bədəlbəylinin ”Karmen”, Eldar Mansurovun “Qobustan” rəqslərini, xalq rəqslərini ifa etmişdir. Tamaşaçılar ansamblın, solistlərin, xalq artistləri Təranə Muradova, Yusif Qasımov, Nəriman Kərimov, əməkdar artistlər Rüfət Xəlilzadə, Səbinə Qasımova, Fərman Məmmədov və başqalarının məharətli çıxışlarını hərarətlə qarşılamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]