İQTİSADİYYAT
Rəşad Bayramov: Bakı Beynəlxalq Astronavtika Konqresi Azərbaycanı kosmos ölkəsi kimi tanıtmaq üçün böyük rol oynayacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Beynəlxalq Astronavtika Konqresinin Bakıda artıq ikinci dəfə keçirilməsi böyük müvəffəqiyyətdir və çox qürur vericidir. Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından da çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinə həsr olunmuş brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib.
O qeyd edib ki, "Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək" mövzusunda keçiriləcək beynəlxalq tədbir Azərbaycanı kosmos ölkəsi kimi tanıtmaq üçün böyük rol oynayacaq . Həmçinin milli ekosistemin təşviqi ölkəmizdə kosmik sahədə innovasiya, tədqiqat və inkişafa töhfə verəcək. Dünyanın 75-dən çox ölkəsindən yüzlərlə yüksəkixtisaslı mütəxəssisin, o cümlədən 2500-dən çox gəncin ölkəmizə səfəri Azərbaycanla bağlı məlumatlılıq səviyyəsini artıracaq.