RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Almaniyanın Federal Kanslerinin iqamətgahına gəlmişdir.Burada dövlətimizin başçısının rəsmi qarşılanma mərasimi oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.
Binanın önündə Azərbaycan Prezidenti İlham Əliyevi Almaniyanın Federal Kansleri xanım Angela Merkel böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycanın nümayəndə heyəti Kansler Angela Merkelə, Almaniyanın rəsmi
şəxsləri isə Prezident İlham Əliyevə təqdim olundu.
şəxsləri isə Prezident İlham Əliyevə təqdim olundu.Hərbi orkestrin ifasında Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Kansler Angela Merkel fəxri qarovul dəstəsinin önündən keçdilər və dövlət bayraqlarına təzim etdilər.