RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 18-də Macarıstan Prezidentinin iqamətgahının, Şandor sarayının önündəki müqəddəs Georgi meydanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və Macarıstanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul və süvari dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentinin avtomobili sarayın girişində süvarilərin müşayiəti ilə və hərbi marşın sədaları altında meydana daxil oldu.
Macarıstan Prezidenti Laslo Şoyom Azərbaycan Prezidenti İlham Əliyevi böyük hörmət va ehtiramla qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Macarıstanın dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin önündən keçdilər.
Macarıstanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Macarıstan Prezidenti Laslo Şoyoma təqdim olundu.
Fəxri qarovul dəstəsi və süvarilər prezidentlərin qarşısından keçdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana dövlət səfərinə böyük maraq göstərən paytaxt sakinləri də rəsmi qarşılanma mərasimini izləmək üçün meydana toplaşmışdılar.
X X X
Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyev fəxri qonaqlar kitabını imzaladı. Prezidentlər rəsmi foto çəkdirdilər, qarşılıqlı xatirə hədiyyələri təqdim edildi. Dövlət başçıları Prezident sarayından Budapeştin mənzərəsini seyr etdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |











