RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 29-da Finlandiya Prezidentinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur. Azərbaycanın və Finlandiyanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Finlandiya Prezidenti xanım Tarya Halonen və həyat yoldaşı Pentti Arayarvi Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət va ehtiramla qarşıladılar. Cənab Pentti Arayarvi Mehriban xanıma gül dəstəsi təqdim etdi.
Azərbaycanın və Finlandiyanın dövlət himnləri səsləndi.
Finlandiyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev Finlandiya əsgərlərini salamladı.
Azərbaycan nümayəndə heyəti Finlandiya Prezidenti Tarya Halonenə təqdim edildi.
Azərbaycan Prezidenti İlham Əliyev Fəxri qonaqlar kitabını imzaladı.
Ölkəmizin birinci xanımı Mehriban Əliyeva da Fəxri qonaqlar kitabını imzaladı.
Prezidentlər qarşılıqlı hədiyyələr təqdim etdilər, rəsmi foto çəkdirdilər.
Dövlət başçıları Prezident sarayından Helsinkinin mənzərəsini seyr etdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




