RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, iyulun 3-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevi böyük səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Dmitri Medvedev fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Rusiya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Dmitri Medvedevə, Rusiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Rəsmi qarşılanma mərasimindən sonra prezidentlər rəsmi foto çəkdirdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




