RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Özbəkistan Prezidenti İslam Kərimovun rəsmi qarşılanma mərasimi olmuşdur.
İki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimovu səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Özbəkistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və İslam Kərimov fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Özbəkistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət rəsmiləri Özbəkistan Prezidenti İslam Kərimova, Özbəkistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi fotoşəkil çəkdirdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |








