RƏSMİ QARŞILANMA MƏRASİMİ
Bern, 19 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 19-da İsveçrədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berndə rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və İsveçrənin dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi İsveçrə Prezidenti Hans-Rudolf Merts qarşıladı.
İsveçrənin dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri İsveçrə Prezidentinə təqdim olundu.
Hərbi orkestrin ifasında Azərbaycanın və İsveçrənin dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezidentlər rəsmi foto çəkdirdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






