RƏSMİ SƏFƏR BAŞA ÇATMIŞDIR
Rusiya Baş nazirinin birinci müavini Oleq Soskovets, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Ukraynanın Baş naziri Yevgeni Marçuk, Azərbaycan Prezidenti Heydər Əliyev, Bolqarıstan Prezidenti Jelyu Jelev, Gürcüstanın dövlət başçısı Eduard Şevardnadze və başqaları toplantıda çıxış etdilər.
Buxarest Zirvə toplantısı geniş bəyannamə qəbul etdi.
Sonra toplantıda iştirak edən dövlət və hökumət başçılarının iştirakı ilə mətbuat konfransı keçirildi.
Axşam Rumıniya Prezidenti İon İliyesku Zirvə toplantısı iştirakçılarının şərəfinə ziyafət verdi.
İyulun 1-də Azərbaycan Prezidenti Heydər Əliyevin Rumıniyaya rəsmi səfəri başladı. Rumıniya Prezidentinin iqamətgahında Azərbaycan dövlət başçısının şərəfinə təntənəli qarşılanma mərasimi keçirildi. Sonra iki dövlətin başçılarının təkbətək görüşü oldu. Görüşdən dərhal sonra Azərbaycan Prezidenti Heydər Əliyevin və Rumıniya Prezidenti İon İliyeskunun iştirakı ilə iki ölkənin yüksək vəzifəli şəxsləri arasında danışıqlar başlandı.
Günorta Azərbaycan Prezidenti Buxarestdə naməlum əsgərin məzarı önünə əklil qoydu. Heydər Əliyev paytaxt əhalisinin buraya toplaşmış nümayəndələri ilə söhbət etdi.
Sonra Azərbaycan Prezidenti Rumıniyanın Baş naziri Nikolay Vakoroyu və Rumıniya senatının sədri German Oliviyunu qəbul etdi. Macarıstanın “Qolder deer” şirkətinin prezidenti, Macarıstan parlamentinin üzvü Atilla Sarvaş Azərbaycan dövlətinin başçısı Heydər Əliyevin görüşünə gəldi.
Axşam Rumıniya Prezidenti İon İliyesku Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət verdi.
İyulun 2-də Heydər Əliyev və İon İliyesku yenidən görüşdülər. Sonra iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutan rəsmi sənədlərin imzalanması mərasimi keçirildi.
Heydər Əliyev və İon İliyesku Azərbaycan Rumıniya arasında dostluq və əməkdaşlıq haqqında bəyannaməni imzaladılar.
Daha sonra Azərbaycan və Rumıniyanın dövlət başçıları mətbuat konfransı keçirdilər.
Günorta Azərbaycan Prezidentinin Rumıniyaya səfərinin başa çatması münasibətilə təntənəli rəsmi yolasalma mərasimi oldu.
Azərbaycan Prezidenti Heydər Əliyev Bolqarıstana və Rumıniyaya rəsmi səfərlərini başa çatdıraraq, iyulun 2-də Vətənə qayıtdı. Binə hava limanında respublika rəhbərini Baş nazir Fuad Quliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.