Azərbaycan Dövlət İnformasiya Agentliyi

“RƏSMİ STATİSTİKA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, №11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 486; 2002-ci il, №12, maddə 706; 2003-cü il, №1, maddə 4; 2004-cü il, №2, maddə 57, №4, maddə 202, №7, maddə 507; 2006-cı il, №2, maddə 63, №12, maddə 1005; 2007-ci il, №5, maddə 437; 2008-ci il, №2, maddə 49) aşağıdakı əlavələr edilsin:

1. Qanunun Preambulasının birinci hissəsində “təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə” sözlərindən sonra “(onların nümayəndəlik və filiallarına)” sözləri əlavə edilsin;

2. 1-ci maddənin beşinci abzasında “hüquqi” sözündən sonra “şəxslərdir (onların nümayəndəlik və filiallarıdır)” sözləri əlavə edilsin;

3. 7-ci maddənin 1-ci bəndində “təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən” sözlərindən sonra “(onların nümayəndəlik və filiallarından)” sözləri əlavə edilsin;

4. 11-ci maddə üzrə:

4.1. dördüncü hissədə “hüquqi” sözündən sonra “şəxslər (onların nümayəndəlik və filialları)” sözləri və “ödənilmədən” sözündən sonra “kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında” sözləri əlavə edilsin:

4.2. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

“Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin