ELM VƏ TƏHSİL
Respublika Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının Təhsil İnstitutuna birləşdirilməsi, Respublika Bədən Tərbiyəsi Mərkəzinin “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilməsi və Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Təhsil İnstitutuna, Respublika Bədən Tərbiyəsi Mərkəzi isə “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.
Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.