Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Respublika Günü, Silahlı Qüvvələr Günü və diplomatik xidmət orqanlarımızın 100 illiyi Vyanada qeyd edilib

Vyana, 25 iyun, AZƏRTAC

İyunun 24-də Vyanada “Grand Hotel Wien” mehmanxanasında 28 May-Respublika Günü, Silahlı Qüvvələr Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, qəbulda Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, elm və mədəniyyət xadimləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, hərbi nümayəndəliklərin, BMT bölməsinin və digər beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya işgüzar dairələrinin təmsilçiləri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndirilib.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək bildirib ki, Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin qurulmasının 101-ci ildönümünü böyük qürur və təntənə ilə qeyd edir. Cümhuriyyət qurucularının bizə demokratik və dünyəvi dövlətçilik ənənələrini miras qoyduqlarını bildirən səfir yenidən müstəqilliyə qovuşduqdan sonra Azərbaycanın keçdiyi inkişaf yolundan söz açıb. Qeyd edilib ki, dünyanın bir çox ölkələri ilə uğurlu münasibətlər quran Azərbaycan bu gün yerləşdiyi regionda etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan yalnız ölkə daxilində deyil, eləcə də region dövlətlərinin də faydalandığı bir sıra transmilli layihələrin reallaşmasında təşəbbüskar və aparıcı qüvvədir.

Səfir, həmçinin qeyd edib ki, bu il eyni zamanda, ölkəmizdə diplomatik xidmət orqanlarının bir əsrlik yubileyi də qeyd edilir. 100 il bundan öncə Bakıda 16 ölkənin diplomatik nümayəndəliyinin, Azərbaycanın isə xarici ölkələrdə beş səfirliyinin akkreditə olunduğunu diqqətə çatdıran Q.İsrafilov bildirib ki, bu gün Azərbaycan uğurlu xarici siyasət yürüdür, dünya dövlətləri ilə və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəal diplomatik əlaqələrə malikdir.

Avstriyanın Federal Nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhart çıxışında Azərbaycan və Avstriya arasında münasibətlərin tarixindən və son illərdə diplomatik əlaqələrin inkişafı və intensivləşməsindən bəhs edib. O bildirib ki, Azərbaycan Avstriyanın Cənubi Qafqaz regionunda əsas tərəfdaş ölkəsidir. İki ölkə arasında dostluq münasibətləri iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu göstərir. Hər iki ölkənin oxşar cəhətlərə malik olduğunu vurğulayan nazir mövcud tərəfdaşlığın sıx dostluğa çevrildiyini də diqqətə çatdırıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Avstriyadakı səfirliyi nəzdindəki hərbi nümayəndəsi, polkovnik-leytenant Azər Heybətli çıxışında bildirib ki, bu günlərdə yaradılmasının 101-ci ildönümü qeyd edilən Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Cəsur şəxsi heyətə malik və müasir silahlarla təchiz olunmuş bu ordu yüksək döyüş qabiliyyətinə sahibdir. Azərbaycanda güclü ordu yaradılmalı idi və bu gün belə bir ordu artıq mövcuddur.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu ölkənin qüdrətinin əsas güc faktorlarından birinə çevrilib və hazırda siyasi rəhbərlik tərəfindən qarşıya qoyulan bütün tapşırıqları həyata keçirmək iqtidarındadır.

Vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhdiddir. Buna görə də Azərbaycan son illərdə öz hərbi potensialını gücləndirib, nəticədə Azərbaycan və Ermənistan arasında hərbi güc balansı əhəmiyyətli dərəcədə ölkəmizin xeyrinə dəyişib. 2016-cı ilin Aprel döyüşləri zamanı cəsur Azərbaycan əsgəri erməni ordusunun qüdrəti haqqında mifləri darmadağın edib.

Qeyd edilib ki, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməyə qadir güclü bir orduya malik Azərbaycan müxtəlif tərəfdaşlıq təşəbbüslərində fəali iştirak edir. Azərbaycan Silahlı Qüvvələri bu gün beynəlxalq təşkilatlar və dünyanın əksər ölkələrinin hərbi qurumları ilə uğurlu əməkdaşlıq edir, bununla da münaqişə və müharibələrin olmadığı, sülh və əmin-amanlığın hökm sürdüyü dünyanın bərqərar olması məqsədlərinə xidmət edir.

Rəsmi qəbul boyunca böyük ekranda təbliğat xarakterli videoçarxlar nümayiş etdirilib, eləcə də hərbi marşlarımız səsləndirilib.

Səfirliyin tədbir salonunda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini əks etdirən fotosərgi nümayiş etdirilib.

Sonda qonaqlar milli və Avropa mətbəxinin təamlarından dadıblar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib