CƏMİYYƏT
Respublikanın cənub bölgəsində aramsız yağışların nəticələri aradan qaldırılır
Bakı, 25 noyabr, AZƏRTAC
Respublikanın cənub bölgəsində son günlər yağan aramsız yağışlar nəticəsində Lənkəran və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi həyətlərə və evlərə su dolub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran rayonunun Vilvan kəndinin bir hissəsini birləşdirən Veravul çayı üzərindən keçən körpü aramsız yağışlar nəticəsində uçub.
Görülmüş tədbirlər nəticəsində Lənkəran rayonunun Girdəni kəndində həyətyanı sahələrinə su dolması nəticəsində evlərindən çıxmaqda çətinlik çəkən 38 nəfərə müvafiq kömək göstərilib.
Hazırda hər iki rayonda həyətyanı sahələrdən suyun kənarlaşdırılması üçün müvafiq qurumlar cəlb olunmaqla lazımi tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]