CƏMİYYƏT
Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 61 cinayətin üstünü “isti izlər”lə açıblar
Bakı, 28 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) aprelin 27-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 61 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 102 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, üç nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.