Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rəssamlarımızın “Novruz palitrası”

Bakı, 17 mart, AZƏRTAC

Novruz bayramının doğurduğu nikbin duyğuların bədiiləşdirilməsi rəssamlarımızın yaradıcılığında geniş yer tutur, desək, yanılmarıq. Ötən əsrin 60-cı illərində Novruzun ümumxalq bayramı kimi qeyd olunması onun tarixinə rəssamlarımızın müxtəlif nəsillərinin bədii münasibətini şərtləndirmiş oldu. Bunun nəticəsində xalqımız üçün çox əziz olan bu bayramın tarixini, onun qan yaddaşımızda əbədiləşdirməsinə səbəb olan ənənələrini əks etdirən əsərlərdən ibarət bədii “Novruz ensiklopediyası” yarandı.

Bu sənət saxlancının ilkin səhifələrini dahi fırça ustası Əzim Əzimzadənin yaratdığı qrafik lövhələr təşkil edir. Hələ otuzuncu illərdə milli rəssamlığımızın lideri olan Əzim Əzimzadə dolayısı qadağalara baxmayaraq, bir neçə əsərini Novruz bayramına həsr etmişdi. Onlardan biri “Od çərşənbəsi”, digərləri isə “Kos-kosa” və “Kəndirbazlar” əsərləridir.

Amma “kommunist qadağası”nın götürülməsindən dərhal sonra Novruzu bir neçə əsərinin məna-məzmun daşıyıcısına çevirən Xalq Rəssamı Səttar Bəhlulzadə olmuşdu. Onun 1970-ci ildə çəkdiyi monumental tutumlu “Azərbaycan nağılı” tablosu bu vaxta kimi bu mövzuda yaradılmış ən yaddaqalan əsər sayılır. Bu lövhədə süjetli tablo, mənzərə və natürmort janrlarını uğurla birləşdirən rəssam kompozisiyanın kifayət qədər təsirliliyinə nail olmuşdu. Doğrudan da zirvəsi qarlı dağların ətəyində təsvir olunmuş başı xonçalı qız-gəlinlərin, budaqları qaranquşlu gül açmış ağacların və ön planda təsvir olunmuş bayram xonçasının vəhdətini özündə əks etdirən iri tabloda Novruzun nikbin və ovqatyaradıcı ruhunu duymaq mümkündür. Onun mavi, zümrüdü, çəhrayı və bəyaz rənglərlə ifadə etdiyi xoş cəlbedici və yaddaqalan idi...

S.Bəhlulzadə sonrakı illərdə də bu mövzuya marağını azaltmamış və bir-birindən gözəl əsərlər yaratmışdı. Onun bahar ətirli lövhələrində həm də bu mövzunun tükənməzliyini görmək mümkündür. Rəssamın “Bahar nəğməsi”, “Yaşıl xalı”, “Xonçalar”, “Gəlin guşəsi”, “Bahar gələndə”, “Oyanış”, “Lalələr”, “Piti”, “Yaşıl xalı”, “Nərgizlər”, “Heyva çiçəkləyəndə” və digər lövhələri bunun təsdiqidir.

Görkəmli mənzərə ustasından sonra Azərbaycan təsviri və tətbiqi sənətində Novruz ünvanlı çoxsaylı əsərlər yaradılsa da, qənaətimizcə onların ən təsirlisi Qazax rayonunda yaşayan Nəcməddin Hüseynov tərəfindən ərsəyə gətirilən “Müharibəli Novruz” rəngkarlıq tablosudur. Burada Qarabağ cəbhəsində əsgərlərimizin bayram süfrəsi görüntüyə gətirilib. Cəbhədəki gərgin vəziyyət əsgərlərə səməni göyərtməyə imkan vermədiyindən, onlar yaşımtıl rəngə çalan döyüş güllələrinin belinə qırmızı parça zolaq bağlamaqla onu “səməni”yə döndərmiş, rəngli yumurtaları isə iki döyüş qumbarası ilə əvəzləmişlər. Bu doğrudan da obrazlı bədii ifadəsinə görə çox gözlənilməz və təsirli bir kompozisiyadır...

Tanınmış qrafika ustası, Xalq Rəssamı Arif Hüseynov da öz yaradıcılığında Novruz mövzusuna davamlı yer verən sənətkarlardandır. Onun yaratdığı “Novruz” qrafik silsiləsini, sözün əsl mənasında, bayramın bədii ensiklopediyası hesab etmək olar. Belə ki, burada neçə-neçə bayram oyunu - əyləncəsi yer almışdır. Rəssamın “Kəndirbazlar”, “Qulaq falı”, “Yumurta döyüşdürənlər”, “Novruzda”, “Əjdaha ili” və s. əsərlərində Novruzun bənzərsiz ruhunu duymaq mümkündür.

Xalq Rəssamı Fərhad Xəlilovun “Bayramda” rəngkarlıq tablosunun süjetini isə Abşeronda tuş gəldiyi mənzərə təşkil edir. Başı çadralı, əli səmənili yaşlı qadının və yanındakı uşağın Novruz sevincini rəssam yığcam rəng həlli ilə ifadə etməyə nail olub, desək yanılmarıq.

Xalq Rəssamı Altay Hacıyevin müxtəlif illərdə çəkdiyi qrafik lövhələri də Novruza həsr olunmuş maraqlı əsərlərdən saymaq olar. Onun linoqravür texnikasında işlədiyi “Bahar qızı”, “Aşıqlar”, “Ceyranlar” “Novruz oyunları” və “Novruz duyğuları” əsərlərinin incə-axıcı ritmində bayram ovqatı, təravəti duyulmaqdadır.

Tanınmış fırça ustası Vaqif Ucatayın yaratdığı “Novruz süfrəsi” əsərində isə hər bir ailənin evində müşahidə edə biləcəyimiz masanı görmək mümkündür. Onun real - gerçəkçi tutumda təqdimatı da məqsədli olub, onun milli koloritini gələcək nəsillərə duyğulandırıcı bədii biçimdə çatdırmaq istəyindən irəli gəlmişdir.

Onun özündə bayram atributlarını əks etdirən “Novruz Pəhləvan” əsəri də kompozisiya həllinə görə bu mövzuda çəkilmiş əsərlər arasında özünəməxsusluğuna görə diqqət çəkir. Belə ki, rəssam təxəyyülünün nəticəsi olan bu qəhrəmanın bədəni oval, saçları səməni, gözləri paxlava, burnu qırmızı yumurta, yanaqları qoğal, dodaqları şəkərbura, ən nəhayət bığları uclarında şamlar alovlanan eşmə ipdən ibarətdir...

Yaradıcılığında milli folklor motivlərinə geniş yer ayıran Xalq Rəssamı Rasim Babayevin “Bayramda”, “Novruz” və “Bayram yükü” əsərlərində də hər il ruhumuza mənəvi enerji bəxş edən bayramın ovqat daşıyıcılığı qabarıq duyulur.

Xalq Rəssamı Mayis Ağabəyovun “Nağıllı Novruz”, Əməkdar İncəsənət Xadimi Eyyub Məmmədovun “Yaz bazarı”, Əməkdar rəssamlar Namiq Məmmədovun “Bahar nəğməsi”, Rafael Muradovun “Novruz ovqatı”, Arif Ələsgərovun “Kəndirbazlar”, rəssamlar Orxan Hüseynovun “Xoruz döyüşdürənlər”, Ələkbər Muradovun “Səməni”, Qafar Sarıvəllinin “Öncə vətəndir”, “Gözləmə”, Həşim Elçiyevin “Novruz”, İlham Ənvəroğlunun “Şanapipik xoş xəbər daşıyıcısıdır”, Arif Mərdanın “Bayram sevincləri”, Günay Mehdizadənin “Bahar qızı” və s. əsərlərində də yazın gəlişi ilə insanlarım gündəlik həyatında baş verən dəyişikliklərin bədii təcəssümünə şahidlik etmək mümkündür.

Respublikamızın digər tanınmış sənətkarlarının da yaradıcılığında Novruz ünvanlı əsərlər mövcuddur. Bu mənada Xalq rəssamları Tofiq Ağababayevin (“Bayramınız mübarək”), Xalidə Səfərovanın (“Novruzda”), Asəf Cəfərovun (“Mənim Azərbaycanım” və “Aşıqlar”), Toğrul Nərimanbəyovun (“Bayram”), Ələkbər Rzaquliyevin (“Gəlinə bayram hədiyyəsi aparırlar”), Cəmil Müfidzadənin (“Bayram yaxınlaşanda”) və Elmira Şahtaxtinskayanın (“Bayram hazırlığı”) müxtəlif illərdə yaratdıqları sənət nümunələrinin adını çəkmək olar.

Dekorativ-tətbiqi sənət ustalarımız da xalqımızın əziz bayramına öz yaradıcılıq töhfələrini vermişlər. Bu mənada görkəmli xalça ustası Hacı Eldar Mikayılzadənin, keçəçi Rauf Əbdülhüseynoğlunun, keramika ustası Nailə Sultanın və rəssam Sənubər Səmədovanın adını çəkmək olar.

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir