MƏDƏNİYYƏT
Rəssamlıq akademiyasında gənc həvəskar rəssamların sərgisi açılacaqdır
Bakı, 11 may (AZƏRTAC). Mayın 16- da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində 12 gənc həvəskar rəssamın “İşdən sonra” adlı sərgisi açılacaqdır.
Rəssamlıq Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, bu həvəskar rəssamların ilk sərgisidir. Onlar bu sərgidən sonra yeni sərgilərlə sənətsevərlərin qarşısına çıxmaq niyyətindədirlər. İncəsənət sahəsi ilə əlaqəsi olmayan bu qrupun üzvlərini sənət sevgisi birləşdirir.
Onlar mənzərə, abstrakt, portret və digər rəngarəng janr və üslublarda çəkdikləri əsərlərlə hər kəsin zövqünü oxşamağa çalışacaqlar. Gənclər öz hisslərini ifadə etmək üçün kətan üzərində yağlı boya, akvarel, şüşə üzərində boya, qələm və başqa üsullardan istifadə edirlər.
Sərgidə dəniz mənzərələri, natürmort, daha çox qadın obrazları ilə səciyyələnən qrafik əsərlər nümayiş olunacaqdır.
Sərginin mayın 18-dək davam edəcəkdir.