İQTİSADİYYAT
RF XİN: Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təqribən 30 faizi rublla həyata keçirilir
Moskva, 25 aprel, AZƏRTAC
Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təqribən 30 faizi rublla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bu sözləri RİA Novosti agentliyinə müsahibəsində söyləyib.
Diplomat deyib: “Mövcud olan ekspert dəyərləndirmələrinə görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təqribən 30 faizi rublla həyata keçirilir. Bütövlükdə, Rusiya-Azərbaycan təsərrüfat əlaqələrinin arxitekturası mənfi xarici amillərə az məruz qalıb və qeyri-standart vəziyyətlərə sürətlə uyğunlaşır”.
O əlavə edib ki, Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalmaqdadır və Azərbaycanın neft məhsullarını idxal edənlər arasında birinci yer tutur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva