RƏSMİ XRONİKA
R.H.BURCAYEVİN AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN HƏRBİ MƏHKƏMƏLƏRİN İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ KOLLEGİYASININ SƏDRİ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ramazan Hacı oğlu Burcayev Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2006-cı il.