ELM VƏ TƏHSİL
Riqa Ali Hüquq Məktəbinin təşkil etdiyi növbəti ixtisasartırma kursunun açılışı olub
Riqa, 1 oktyabr, AZƏRTAC
Riqa Ali Hüquq Məktəbinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi və Avropa qonşuluq siyasəti, Mərkəzi Asiya və Qərbi Balkan ölkələri üçün təşkil edilən növbəti ixtisasartırma kursunun oktyabrın 1-də açılış mərasimi keçirilib. İldə bir neçə dəfə keçirilən bu kurslarda həmişə olduğu kimi, Azərbaycandan da mütəxəssislər iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, 1998-ci ildən fəaliyyət göstərən Riqa Ali Hüquq Məktəbinin bu proqramına hər il Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan gənc kadrlar qatılırlar.
Dekabrın 21-dək davam edəcək proqram çərçivəsində iştirakçılar Belçikada və Lüksemburqda olacaq, yerli idarəetmə orqanlarında təcrübə keçəcəklər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa